Çərşənbə axşamı, 14 May

“Yanğın planı əvvəlcədən qurulub, ipin ucu...” - Türkiyədən şok iddia

image

Türkiyənin meşəçilik xidmətinin keçmiş rəhbəri Əbdürrəhman Sağkaya meşə yanğınları ilə bağlı müzakirələrə səbəb olan açıqlamalar verib.

Xəbər verilir ki, o, yanğınların şüurlu və planlı şəkildə başladıldığına diqqət çəkib.

Sağkaya Türkiyənin bir sıra bölgələrindəki yanğınların dəqiq təxribat olduğunu iddia edib: “Yanğınlardan əvvəl küləyin istiqaməti və hansı günlərdə yüksək olacağı, nəmlik miqdarı, yağış yağacağı və ya temperaturun yüksək olub-olmaması əvvəlcədən araşdırılıb”.

Yanğınların terror təşkilatları ilə əlaqəli şəxslər tərəfindən törədildiyini söyləyən Sağkaya vurğulayıb: “Əslində, təxribatçılar maşadır, ipin ucu daha yüksək yerlərə gedib çıxır”.

O, son 50-60 ildə çox quraq vaxtlarda belə meşə yanğınlarının 30 min hektarı keçmədiyinə diqqət çəkib: “Statistikaya nəzər salsaq, son 100 ildə Türkiyədə belə genişmiqyaslı yanğın olmayıb. İtaliya, İspaniya və Yunanıstan kimi Aralıq dənizi ölkələri ilə müqayisədə Türkiyənin bu dövlətlər arasında ən az belə halların baş verdiyi ölkə idi. Hər il orta hesabla yanğın 10 min hektar ərazini əhatə edirdi. Biz bunu normal hesab edirik.

Çox quraqlıq və pis hava şəraiti olsa belə, son 50-60 ildə 30 min hektarı keçməmişdi. Amma bu dəfə çox şüurlu və planlı şəkildə həyata keçirildiyi və 100 min hektara çatdığı aydın görünür”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00