Cümə axşamı, 02 May

Almaniya Azərbaycan vətəndaşlarının deportasiyasına 1 milyon 800 min avro xərcləyib

image

2021-ci ilin əvvəlindən indiyə kimi Azərbaycan vətəndaşlarının Almaniyadan deportasiyası federal hökumətə 1 milyon 800 min avroya başa gəlib.

Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumata görə, xərcin böyük hissəsi çarter reyslərinin təşkil edilməsi, polis və miqrasiya əməkdaşlarının prosesə cəlb edilməsi, eyni zamanda deportasiyadan qaçan şəxslərin saxlanılaraq, yataqxanalarda müvəqqəti saxlanılmalarına xərclənib.

Almaniya hökuməti ən çox Əfqanıstan vətəndaşlarının deportasiyasına pul xərcləyib. Əfqanıstana təşil olunan çarter reyslərində 20-ə yaxın sığınacaq axtaranı Kabil hava limanına qədər polis əməkdaşları müşaidə ediblər. Bu ölkə vətəndaşlarından ibarət bir kütləvi deportasiya federal hökumətə təxminən 500 min avroya başa gəlib.

Qeyd edək ki, yanvar ayından indiyə kimi Almaniyadan Azərbaycan vətəndaşlarının 6 dəfə kütləvi deportasiyası həyata keçirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15