Cümə axşamı, 02 May

Türkiyəli aşpaz həm tənqid edildi, həm də rəğbətlə qarşılandı - VİDEO

image

Türkiyəli məşhur aşpaz CZN Burak (Burak Demir) tənqidlərə tuş gəlib.

Xəbər verilir ki, o, yanğın baş verən əraziyə gedərək mənzil üçün nəzərdə tutulan yanğınsöndürən balonla alovu söndürməyə çalışıb.

Ətrafdakılara məhəl qoymayan Burakın daha sonra halı pisləşib və təcili yardım maşınına aparılıb.

CZN Burakın sözügedən görüntüləri sosial şəbəkələrdə yayılaraq müzakirə obyektinə çevrilib. Onlar aşpazın yanğını söndürərkən şou göstərdiyini deyiblər.

Bu tənqidlərdən sonra Burak yanğın ərazilərinə böyük yük maşınları ilə yardım göndərib. Həmin görüntüləri şəxsi “Instagram” hesabında paylaşan Burakın bu addımı təqdirəlayiq hesab edilib və o istifadəçilərin rəğbətini yenidən qazanıb. Onu təhqir edənlər bu dəfə ünvanına xoş sözlər səsləndirərək təşəkkür ediblər.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15