Cümə axşamı, 18 Aprel

Qaxda iyrənc hadisə: 55 yaşlı qadına təcavüz edildi

image

Qax rayonunun kəndlərindən birində 55 yaşlı qadının cinsi təcavüzə məruz qaldığı, bu səbəbdən ağır vəziyyətdə xəstəxanaya yerləşdirildiyi bildirilir.

Xəbər verilir ki, kənd sakinlərinin verdiyi məlumata görə, hadisə 2 gün əvvəl baş verib. Təcavüzə məruz qalan qadının indiyədək ailə qurmadığı, əqli probleminin olduğu bildirilir:

“Hadisənin bir nəfər tərəfindən edilmədiyini düşünürük. Çünki qadının bədənindəki xəsarətlər çoxdur. Ağzı-burnu sındırılıb, qanaxması var. Qonşusu xəstəxanaya çatdırıb, hazırda komada olduğu deyilir. Bizə verilən məlumata görə, polis bir nəfəri həbs edib. Qadının əqli problemli olması səbəbindən işin ört-basdır ediləcəyini düşünürük”.

Faktı Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. Bildirilib ki, 1971-ci il təvəllüdlü, rayon sakini R.Camalov sərxoş vəziyyətdə olub və qadına təcavüz edib. Hazırda faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.

Qax Rayon Mərkəzi Xəstəxanasından açıqlama vermək istəmədiklərini desələr də, qadının vəziyyətinin yaxşı olmadığını da söyləyiblər.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28