Cümə axşamı, 02 May

Məşhur aktrisa bunu özünə qadağan etdi - FOTO

image

Türkiyənin məşhur simalarından aktrisa Burcu Biricik və müğənni Kenan Doğulu yanan ərazilərlə bağlı özlərinə və izləyicilərinə söz verib.

Xəbər verilir ki, Burcu Biricik "Instagram" hesabında bununla bağlı paylaşım edərək həmin bölgələrdə tikiləcək hotellərdə qalmayacağını yazıb:

"Özümə söz verirəm -  yanan meşəlik ərazilərdə tikiləcək hər hansı bir hotelə və ya biznes mərkəzinə ayağımı qoymayacağam. Bundan əvvəlkilərə də atmadığım kimi. İçindəki bu yanğını, ciyərinin necə yandığını unutma! Balıq beyinli olub 2 gün sonra o hotelləri pula qərq etmə".

Kenan Doğulu isə paylaşımında həmin ərazilərdə konsert verməyəcəyini bildirib.

"Bu günə qədər təbiətdə baş verən yanğın sonrası inşa edildiyini bildiyim hər hansı bir yerdə səhnə almaqla bağlı təklifləri qəti şəkildə rədd etdiyim kimi, bundan sonra da bu yanan ərazilərin üstündəki obyektlərdə mahnı oxumayacağıma söz verirəm".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15