Cümə axşamı, 02 May

Almaniyada “nemes” olan “söyüş müxalifəti” - Berlin onları himayə edir

image

Şərti adı “söyüş müxalifəti” olan ayrı-ayrı “yutuber”, bloger mühacirlər əsasən Almaniyada mənzilləniblər. Onların sağlam tənqid səsləndirən digər mühacirlərdən ciddi səviyyə fərqi göz deşir – ağızları təhqirlə, biədəb ifadələrlə, nalayiq sözlərlə, Azərbaycanın siyasi rəhbərliyinə hədyanlarla açılır.

Əlbəttə, Avropada sağlam düşüncəli, həqiqətləri söyləyən, təhqirə yol vermədən fikirlərini çatdıran mühacirlər az deyil. Onlar hakimiyyətin yürütdüyü siyasəti bəyənmirlər, tənqid edirlər və söylədikləri bir çox hallarda normal qarşılanır. Lakin ağzı söyüşlü həmin mühacirlər isə nəinki qırmızı xətt, etik davranışlar gözləmirlər, onların videolarını evdə, ailə yanında izləmək mümkün deyil, çünki küçə adamlarının söyüşlərini hakimiyyətə yağdırırlar. Bu, mübarizədirmi? Xüsusən də bu şəbəkə Almaniyada yuva salıb. Hətta demək olar ki, bu adamlar Almaniyada “faşistləşib”lər və heç bir əndazə gözləmirlər.

Maraqlıdır ki, “söyüş müxalifəti” məhz sosial şəbəkələrə qarşı sərt məhdudiyyətlərin tətbiq olunduğu Almaniyada azad şəkildə fəaliyyət göstərə bilir. Almaniya hökuməti demokratiya adı altında bu cür adamlara sığınacaq verərək, onları himayəsinə alır. Dünyada bununla bağlı ilk qanunlardan biri məhz Almaniyada qəbul olunub. Digər ölkələr sosial şəbəkələrin tənzimlənməsinin hüquqi bazasını yaratmaq üçün alman təcrübəsini araşdırırlar. Almaniyanın yerli mediası da rəsmi Bakını hədəfə almaqdadır. Anladıq, hücuma keçiblər. Bəs söyüşcül videoblogerlərlə bağlı niyə hüquqi tədbirlər görülmür, əksinə, onlar üçün alman torpağını münbit bir yerə çevirirlər.

Aydın Mirzəzadə: “Planlarını həyata keçirə bilməyənlər bu şəkildə acıqlarını çıxmağa çalışırlar”

Hakim Yeni Azərbaycan Partiyasının Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə bildirib ki, Almaniya kimi inkişaf etmiş, demokratik ölkədə bəzi dairələr Azərbaycana qarşı qərəzli mövqe tuturlar: “Onlar gah televiziyalarında yalan xəbərlər yayırlar, gah sosial şəbəkədə təhqir baş alıb gedir. Görünür ki, ya bəzi dairələr Azərbaycanı qısqanırlar, ya da zamanında müəyyən planları olub, həyata keçməyib. Azərbaycanın Almaniya ilə bağlı heç bir problemi oxdur. Onun inkişafına, dəyərlərinə, tarixinə  hörmətlə yanaşırıq və eyni münaibəti Almaniyadan Azərbaycana qarşı gözləyirik”.

Deputat qeyd etdi ki, Almaniyada çoxlu azərbaycanlı işləyir, tələbələr təhsil alır: “Amma əfsus ki, bizə qarşı bir qərəz var. Şübhəsiz ki, planlarını həyata keçirə bilməyənlər bu şəkildə acıqlarını çıxmağa çalışırlar. Hesab edirəm ki, Azərbaycan investisiya, əməkdaşlıq üçün uğurlu məkandır, böyük bazardır və bundan yalnız Almaniya tərəfi itirə bilər. Çünki zamanında Azərbaycana qarşı qərəzli mövqe tutan dairələr indi səhvlərini etiraf edirlər, bizimlə dostluq qurmaq haqda danışırlar. Çox istərdik k, bu fəsad Almaniya siyasətindən götürülsün”.

Fəzail Ağamalı: “Bu qərəzli siyasətin bir hissəsi də şər-böhtan kampaniyası aparanlara Almaniyanın geniş imkanlar açmasıdır”

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı Almaniyanın aqressiv və qərəzli münasibət ortaya qoyduğunu vurğulayıb. F.Ağamalının sözlərinə görə, işğaldan azad edilmiş torpaqlara diplomatların səfəri təşkil olunanda Almaniya siyahıda yer almadı və bu, Ermənistanın mövqeyini dolayısı ilə müdafiə etmək demək idi.  Deputatın fikrincə, internet resurslarında və sosial şəbəkədə gedən materiallardan belə qənaətə gəlmək olur ki, Merkel hakimiyyəti ölkədə polis rejimi yaradıb, sərbəst toplaşmaq azadlığını polis dəyənəyi ilə qarşılayır, söz azadlığını boğur, bəziləri ölkəni tərk etmək məcburiyyətində qalır: “Onun Njdeyə məhəbbəti Merkel hakimiyyətinin ideoloji mahiyyətindən irəli gəlir. Bu gün Türkiyə və Azərbaycanın regionda, dünyada sülhün və təhlükəsizliyin qorunmasında vermiş olduqları töhfələr Almaniyanın hakim dairələrini qıcıqlandırır. Onların niyyəti başqadır, ona görə Avropada iyrənc metodlardan istifadə edirlər”.

F.Ağamalının sözlərinə görə, təsadüfi deyil ki, İngiltərə elə bu səbəblərdən Avropa İttifaqından çıxmaq məcburiyyətində qaldı:

“7-8 il öncə Yunanıstanda olanda aeroportdan gedəcəyimiz ünvan arasında böyük, baxımsız sahə gördüm. Bizi qarşılayan bir insan dedi ki, Almaniya həmin ərazini 49 illik Yunanıstandan icarəyə götürüb, çünki ölkənin onlara borcu var, müqabilində torpaqlarını götürüblər. Yəni Almaniyanın hegemonluğu göz qabağındadır. Digər tərəfdən, bizə qarşı qərəzin səbəbi Azərbaycanın müharibədə qələbəsidir, onu həzm etmirlər və qərəzli mövqe nümayiş etdirirlər. Bu qərəzli siyasətin bir hissəsi də Almaniyada yerləşənlərin apardığı şər-böhtan kampaniyası və alman hökumətinin onlara geniş imkanlar açmasıdır. Doğrudan da Almaniyada sosial şəbəkənin fəaliyyəti tənzimlənir, məhdudlaşdırılır, Merkel hökumətini tənqid edənlər nəzarət altına alınır, istintaq başlanır, təqib olunur, amma Azərbaycana qarşı söyüş, təhqir yağdıranlara meydan verilir. Budur Almaniya… Ona görə onların qərəzli mövqeyinə cavab verməliyik”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15