Cümə, 03 May

Samuxda qətl: Çoban ferma sahibini ÖLDÜRDÜ

image

İyulun 29-da 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini Abdullayev Arzu Namiq oğluna rayonun Qarabağlar kəndi ərazisində yerləşən fermada naməlum şəxs və ya şəxslər tərəfindən döş qəfəsinin ön və arxa səthindən kəsilmiş-deşilmiş yara xəsarətləri yetirilib.

Samux rayon prokurorluğundan verilən məlumata görə, Arzu Abdullayev aldığı xəsarətlər səbəbindən xəstəxanaya aparılarkən yolda ölüb.

Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilməklə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Faktla bağlı Samux rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin 1976-cı il təvəllüdlü Quliyev Samir Sahib oğlu tərəfindən törədilməsi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Müəyyən edilib ki, Samir Quliyev iyulun 29-u saat 23 radələrində Samux rayonunun Qarabağlar kəndi ərazisində yerləşən fermada tanışı Arzu Abdullayevlə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla sonuncuya çoxsaylı xəsarətlər yetirib. Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, qətlə yetirilən A.Abdullayev ferma sahibi olub. Hadisəni törədən S.Quliyev orada çoban işləyirmiş. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15