Çərşənbə axşamı, 23 Aprel

Rusiyada şok əməliyyat: Erməni casus ələ keçdi

image

Rostov Regional Məhkəməsi Ukraynanın xeyrinə “xəyanət” və “casusluq”da təqsirli bilinən Rusiya və Ermənistan vətəndaşlarını azadlıqdan məhrum edib.

Xəbər verilir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Rostov Regional Məhkəməsi “S-300” zenit raket kompleksləri üçün radar avadanlığının qaçaqmalçılığı ilə məşğul olan Rusiya vətəndaşı Denis Lobov və Ermənistan vətəndaşı Ararat Xaçatryan barəsində hökmünü elan edib.

“Vətənə xəyanət” və “casusluq”da ittiham olunan Lobov 9 il 6 ay, Xaçatryan 10 il 5 ay azadlıqdan məhrum olunub. Hər iki şəxs cəzalarını ciddi rejimli koloniyada çəkəcək.

Xaçatryan və Lobovun Ukraynanın mənafeyi naminə “S-300” hava hücumundan müdafiə sistemləri haqda məlumat topladığı və bu sistemlərlə əlaqədar avadanlıqları sözügedən ölkəyə satdığı deyilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37