Cümə axşamı, 28 Mart

Rektorun müşaviri buna görə bıçaqlanıb

image

Bakı Dövlət Universitetinin rektor müşavirinin bıçaqlanma səbəbi məlum olub.

Müşavir Mirzə Mirzəyevi bıçaqlayan İsmixan Mirzəyev universitetdə suvaqçı-rəngsaz işləyirmiş.

Dünən müşavir onu öz kabinetinə çağıraraq artıq işdən çıxarıldığını bildirib. Bundan əsəbiləşən İ.Mirzəyev müşavir stolunun üstündəki meyvə bıçağını götürərək onu bıçaqlayıb.

Bu zaman səs-küyə gələn komendant Şahlar Bəgalıyev otağa daxil olub və İsmixan Mirzəyev onu da bıçaqlayıb.

Hazırda müşavir Mirzə Mirzəyev xəstəxanada müalicə olunur. İsmixan Mirzəyev isə tutularaq istintaqa cəlb edilib. O, Cinayət Məcəlləsinin 12-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham edilir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45