Şənbə, 20 Aprel

Komitə sədrinin əməllərinin ifşası - Fuad Muradov ilə İsveçrədəki səfiri nə birləşdirir - ŞOK FAKTLAR

image

44 günlük Vətən müharibəsi ərzində xaricdəki Azərbaycan diasporası qarşıya qoyulan vəzifələrin icrasındakı uğursuzluğu ilə bir daha gündəmə gəldi. 

Ermənistan xarici ölkələrdə fəaliyyət göstərən diaspora qurumlarından Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi bir vaxtda, Azərbaycan Diaspora Komitəsi öz fəaliyyətsizliyi ilə yadda qaldı. 

Rəsmi dövlət qurumu olan Diaspora Komitəsinin bu cür fəaliyyəti (uğursuz) elə birbaşa quruma rəhbərlik edən şəxslərlə əlaqəli idi. Qurumun keçmiş sədri olan Nazim İbrahimov 2018-ci ildə ciddi maliyyə maxinasiyaları və rəhbərliyi dövründə heç bir ciddi iş görmədiyi üçün vəzifədən uzaqlaşdırılıb. Prezident Administrasiyası Nazim İbrahimovun vəzifədən uzaqlaşdırılması ilə bağlı açıqlamada “dövlət tərəfindən ayrılan vəsaitlərin ünvanına çatmaması” faktını qeyd edib. 

Nazim İbrahimovun yerinə isə hakimiyyətin gənc kadrlarından hesab olunan Fuad Muradovun təyin olunması ilə Komitənin fəaliyyətində ciddi irəliləyişlərin olacağı düşünülürdü. Yeni sədrin öz sələfinin buraxdığı səhvləri düzəldəcəyi və Azərbaycanın xaricdəki nüfuzu ilə bağlı konkret addımlar atacağı gözlənilirdi.  

Lakin məlum olub ki, xaricdə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq kimi bir vəzifəni icra etməli olan Fuad Muradov ayrılan vəsaitləri sadəcə kabab qonaqlıqları verməyə, xarici qonaqlara şəkərbura-paxlava paylamağa sərf edib. Əvəzində isə heç qrumda təmsil olunmayan azərbaycanlılar öz hesablarına, könüllü şəkildə Azərbaycanın dövlət maraqları üçün daha çox iş görüblər.

Fuad Muradov müharibədən sonra xaricdəki azərbaycanlıların fəaliyyətini öz uğurları kimi qələmə verərək, Azərbaycan qarşısında xidmətlərinə görə şəkərbura-paxlava yediyi şəxslərin, öz qohum əqrəbasının medalla təltif edilməsi üçün çalışıb. 

Fuad Muradov Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işinə bu günə qədər bir biznes və şəxsi gəlir sahəsi kimi yanaşıb. 

Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə biznes ortaqlığı quran Fuad Muradov, Berlində “Karabakh” (“Qarabağ”) və Kölndə “Old Baku” (“qədim Bakı”) restoranlarının ortağı olub. Lakin bu ortaqlıq uzun çəkməyib və restoranların rentabelli işləmədiyini, alman müştərilərin maraq göstərmədiyini əsas gətirərək ortaqlıqdan çıxıb. 

Xaricdəki soydaşlarımıza dəstək üçün nəzərdə tutulan və bu məqsədlə Azərbaycan hökümətindən ciddi maliyyələşdirilən Almaniyadakı “Azərbaycan evləri” mərkəzlərində öz restoran biznesini qurmağa başlayıb. 

Tədbirlərin təşkil olunması, Azərbaycan haqda xaricilərin məlumatlandırılması üçün nəzərdə tutulan bu yerələri Fuad Muradov insanların toy-nişan, doğum günü keçirə biləcəyi bir yerə çevirib, həmin mərkəzlərdə restoran işini təşkil edib. Başı Almaniyada qurduğu restoran biznesinə və “Azərbaycan evləri” layihələrinə qarışan Fuad Muradov hansı məqsədlə xaricdə olduğunu tamamilə yaddan çıxarıb.

Fuad Muradov təkcə fəaliyyətsizliyi ilə yox, şəxsi keyfiyyətləri baxımından da Avropada Azərbaycnın nüfuzuna xələl gətirib. İsveçrəyə rəsmi səfərlərinin birində Bern şəhərində yerləşən 5 ulduz lüks oteldə yerləşən Fuad Muradov, xüsusi dəvət olunmuş eskort şəxslər ilə əyləniblər. Digər turistlərin ciddi narazılığına səbəb olan davranışlarına görə Fuad Muradov polis tərəfindən saxlanılıb və diplomatik pasportu müvəqqəti əlindən alınıb. Kimliyini dəqiqləşdirdikdən sonra isə İsveçrə höküməti Azərbaycana məsələ ilə bağlı rəsmi nota ünvanlayıb.

Lakin bu nota şəxsi münasibətlərdə olduğu Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova tərəfindən ölkə rəhbərliyindən gizlədilib. Fuad Muradov ilə Xanım İbrahimova arasında olan münasibətlər Bakıda hər kəsə məlumdur. Hətta XİN keçmiş naziri Elmar Məmmədyərov bu məsələ haqda xəbər tutduqda, səfirin geri çağırılması məsələsini gündəmə gətirmiş, mövzü mətbutda dəfələrlə yazılmış, amma Fuad Muradovun himayədarları qarşısında aciz qalmışdır. 

Fuad Muradovun keçmişi də Komitədəki fəaliyyətsizliyi ilə bir-birini tamamlayır. 

Bu haqda növbəti yazılarımızda!

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20