Cümə axşamı, 25 Aprel

Mətbuat Şurasının sədr müavinindən belarusiyalı jurnalistlərə dəstək - FOTO

image

Siyasi proseslərə qarışdığı üçün Belarus Jurnalistlər Birliyini (BAJ) ləğv etmək istəyirlər.

Məlumata görə bu sözləri Mətbuat Şurasının sədr müəavini Müşfiq Ələsgərli öz facebook hesabında yazıb. Onun sözlərinə görə:

"Belarus Ədliyyə Nazirliyi BAJ-ın fəaliyyətinin dayandırılması üçün Ali Məhkəmə qarşısında iddia qaldırıb. Ədliyyə Nazirliyi, BAJ-nin regional şöbələri ilə əlaqəli kirayə müqavilələri yoxlayıb və burada pozuntular tapdığını bildirib. İndi BAJ-dan uyğun sənədlər istənilir. Əgər üç gün müddətində Nazirliyin tələbinə cavab verilməzsə, BAJ Ali Məhkəmənin qərarı ilə ləğv edilə bilər. 

BAJ isə Ədliyyə Nazirliyinin tələb etdiyi sənədləri hazırlaya bilmir, çünki təşkilatın ofisi iyulun 14-də Daxili İşlər Nazirliyi tərəfindən bağlanaraq möhürlənib, sənədlər də orada qalıb. 

Avropa Jurnalistlər Federasiyasının prezidenti Mogens Blicher Bjerregård və təşkilatın baş katibi Ricardo Gutierrez  bəyanat yayaraq bildiriblər ki, bu, BAJ-a qarşı qurulmuş tələdir: “BAJ-ın ofislərinə girişə icazə verilmədiyi bir halda BAJ-dən sənədlər tələb etmək absurddur.

Təşkilatı ləğv etmək üçün qaydasız vəziyyət yaradıblar”. AFJ Avropa Birliyinə, Avropa Şurasına və ATƏT-ə müraciət edərək sərt  reaksiya göstərməyə çağırır. Çağırışda qeyd edilir ki, BAJ Belarusda müstəqil fəaliyyət qurmağı bacarmış, jurnalist hüquqlarını qorumağı bacaran yeganə jurnalist təşkilatıdır. Belarusda seçkilərə etiraz dalğası prosesində saxlanılan jurnalistlərin hüquqlarını müdafiə edir. 

Məlumat üçün bildirək ki, Belarus hazırda Avropa məkanında ən çox jurnalistin həbsdə olduğu ikinci ölkədir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33