Cümə axşamı, 18 Aprel

İsmayıllıda OLAY: Sürücü polisi döydü

image

İsmayıllı rayon sakini Ruslan Maxsudov polis əməkdaşını döyüb.

Xəbər verilir ki, hadisə iyulun 24-də baş verib.

Belə ki, İsmayıllı şəhərinin M.Orucov küçəsində 90-MP-065 dövlət qeydiyyat nişanlı, “BMW X5” markalı avtomobilin sahibi Ruslan Maxsudov polis əməkdaşı Bəhram Bəhramlının əmrinə tabe olmayıb.

O, DYP Bölməsinin yol patrul xidməti inspektoru B.Bəhramlıya müqavimət göstərməklə əlləri ilə polis əməkdaşının üz və boyun nahiyəsinə zərbələr endirərək bədən xəsarətləri yetirib.

Faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Ruslan Maxsudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Cinayət işi üzrə istintaq davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28