Bazar, 12 May

Çin və ABŞ arasına COVID-19 savaşı - Ciddi ittihamlar

image

Çin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 infeksiyasının köklərini araşdırmaq üçün ikinci araşdırma planını rədd edib.

Xəbər verilir ki, Çinin Milli Səhiyyə Təşkilatının sədr müavini Zinq Yisin bəyan edib ki, virusun kökünün araşdırılmasının ikinci mərhələsində Çin laboratoriyalarından sızması ehtimalının daha çox araşdırılmasından təəccüblənib.

Çin rəsmisi ikinci mərhələ planını rədd edərək deyib ki, COVID-19-un laboratoriyadan çıxması fikrini “sağlam düşüncə və elmə zidd bir şayiə” olduğuna inanır: “Belə bir “kökü izləmək planı” qəbuledilməzdir.

Məlumat üçün bildirək ki, ÜST COVID-19-un kökü ilə əlaqədar olaraq araşdırmanın ikinci mərhələsində Çini daha çox əməkdaşlıq etməyə çağırmışdı.

ÜST-ün baş katibi Tedros Adanom Qebreisus Çini pandemiyanın ilk mərhələsi dövrü ilə şəffaflığı artırmağa və virusun kökünü çözməyə köməklik etməyə, laboratoriyaların girişinə icazə verməyə dəvət edib.

Qeyd edək ki, daha əvvəl virusun kökünün tapılması ətrafında araşdırmaları rədd dən Çin beynəlxalq təzyiqlərin nəticəsində ÜST heyətinin Vuhana daxil olmasına icazə vermişdi.

Vaşinqton rəsmi Pekinin COVID-19 virusunun köklərini araşdırmaq üçün ÜST-ün bu ölkəyə daxil olmasının qarşısını almasını pizləyib. Ağ-Evin sözçüsü Jen Psaki deyib ki, araşdırma gələcək virusların qarşısının alınması ilə əlaqəlidir və indi divar hörmək lazmanı deyil.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44