Bazar, 05 May

“Ermənistan Rusiya və Türkiyənin təsir zonalarına bölünəcək” - Edqar Elbakyan

image

“Sülh yalnız müharibəyə hazırlaşmaqla əldə edilə bilər”.

Xəbər verilir ki, bunu politoloq Edqar Elbakyan "TALK TIME" verilişinə verdiyi müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistanın hazırkı hakimiyyəti sülhə nail olmaq fikrində deyil və öz vecsiz siyasəti ilə yalnız yeni bir müharibəyə səbəb ola bilər.

Edqar Elbakyan bölgədə və xüsusən də, Ermənistanda vəziyyətin inkişafı üçün yalnız iki ssenarinin olduğunu düşünür. “Ermənistan Azərbaycanla uğursuz sülh müqaviləsini ya imzalayacaq, ya da bunu etməyəcək. “Müqavilə imzalarlarsa, onda Ermənistan 100 il əvvəl Rusiya və İngiltərə təsir zonalarına bölünən İranla olduğu kimi, Türkiyə ilə Rusiya arasında iqtisadi təsir zonalarına bölünəcəkdir. Rusiyanın da kifayət qədər problemi olduğu və Türkiyədə vəziyyət nisbətən yaxşı olduğu üçün Ermənistan tədricən, heç olmasa iqtisadi baxımdan türk dünyasına mənimsənməyə başlayacaq”.

Ekspertin fikrincə, bu prosesin hər hansı bir şəkildə uğursuz olması halında, bölgədə Ermənistan və Azərbaycan arasında daima gərginlik yaranacaq. “Bəzi yerlərdə gərginlik güclənəcək, bəzi yerlərdə azalacaq. Amma ümumən gərginlik qalacaq. Hər halda, ordumuzu canlandırana və yenidən qurana qədər yaxşı bir şey gözləmək olmaz". 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15