Şənbə, 04 May

Məhəmməd peyğəmbəri təhqir edən karikaturaçı evində ölü tapıldı - FOTOLAR

image

Danimarkalı karikaturaçı, İslamofobiyası ilə tanınan Kurt Vesterqard vəfat edib.

2005-ci ildə Danimarkanın “Jyllands-Posten” qəzetində Məhəmməd peyğəmbəri təhqir edən, cizgi filmləri çəkən Vesterqard çox sərt reaksiyalarla üzləşmişdi. Karikaturaçı ölüm təhdidləri səbəbiylə qoruma altında, gizli bir evdə yaşayırdı.

Ötən gün isə uzun müddət xəstəlikdən əziyyət çəkən karikaturaçı Vesterqard 86 yaşında vəfat edib.

Daha detallı: Vesterqard 2015-ci ildə Parisdəki “Charlie Hebdo” qətliamından sonra yeni bir karikatura çəkərək milyonlarla müsəlmanı təhqir etmişdi. Sözügedən karikaturalar ifadə azadlığı ilə bağlı Avropada mübahisələrə səbəb oldu.

Bu hadisələrdən sonra Vesterqard ölüm təhdidlərinin hədəfi oldu və gizlənərək yaşamağa başladı. Daha sonra Orhusda qorunan bir evdə mühafizə altında yaşamağa davam etdi. Onu da qeyd edək ki, 2008-ci ildə karikaturaçıya sui-qəsd cəhdləri üçün gedən hazırlıqlar Danimarka Milli Təhlükəsizlik Xidməti tərəfindən əngəllənmişdi. Həmin sui-qəsd hazırlıqları zamanı 3 nəfər həbs edilmişdi.

İllərdir təhdid olunan və polisin himayəsində yaşayan Kurt Vesterqard evli idi və 5 övladı var idi.

“Charlie Hebdo” haqqında qısa məlumat:

“Charlie Hebdo” Paris şəhərində nəşr edilən karikatura dərgisidir. Qəzet 1969-1982-ci illərdə yayımlanıb, 1992-ci ildə isə dayandırılmış fəaliyyətini yenidən bərpa edib. “Charlie Hebdo” həftəlik olaraq nəşr edilir. Çərşənbə günləri işıq üzü görən qəzet sol-anarxist görüşü ilə tanınır. 45.000 tirajla nəşr edilən “Charlie Hebdo” qalmaqallı karikaturaları ilə məşhurdur.

“Charlie Hebdo” qətliamı

2015-ci ilin 7 yanvar tarixində saat 11:00 radələrində “Charlie Hebdo” dərgisinin Paris şəhərində yerləşən baş ofisinə naməlum 2 silahlı şəxsin etdiyi silahlı basqın zamanı dərginin 12 nəfər əməkdaşı qətlə yetirilmişdi. Öldürülənlər arasında “Charlie Hebdo”nun baş redaktoru və tanınmış fransız karikaturaçı Stefan Şarbonye də vardı. Jan Kabu, Bernar Verlak və Jorj Volinski kimi tanınmış karikaturaçı və jurnalistlər də silahlı basqın nəticəsində öldürülmüşdü. Qətliamla bağlı dünya mətbuatında maraqlı faktlar var. Əslində Məhəmməd peyğəmbərin karikaturası 4 il əvvəl çəkilmişdi. 4 il əvvəl çəkilən karikaturaya görə hücumun sonradan baş verməsi şübhə doğurmuşdu.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15