Cümə, 19 Aprel

Əfqanıstanın Pakistandakı səfirinin qızı qaçırılıb

image

Əfqanıstanın Pakistandakı səfirinin qızı paytaxt İslamabadda naməlum şəxslər tərəfindən qaçırılıb, ona işgəncə verilib, daha sonra sərbəst buraxıllb.

Xəbər verilir ki, bu barədə Əfqanıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Çox təəssüflə bildiririk ki, Əfqanıstan səfiri Nəcibulla Əlixilin qızı evə qayıdarkən qaçırılıb, ağır işgəncəyə məruz qalıb. Hazırda o, xəstəxanada həkim nəzarətindədir", - açıqlamada bildirilir.

XİN bu çirkin hərəkəti qətiyyətlə pislədiyini, Pakistandakı diplomatik nümayəndəliklərinin və konsulluq işçilərinin, onların ailələrinin təhlükəsizliyinə görə dərin narahatlıq keçirdiyini bəyan edib. Kabil, Pakistan hökumətini səfirin qızını qaçıranları tapıb ədalət mühakiməsinə çıxarmağa və səfirliyin təhlükəsizliyini beynəlxalq standartlara uyğun olaraq təmin etməyə çağırıb.

Xatırladaq ki, bundan əvvəl Əfqanıstanın birinci vitse-prezidenti Əmrullah Saleh Pakistanı "Taliban" hərəkatının silahlılarını dəstəkləməkdə günahlandırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20