Çərşənbə, 15 May

Bakıda gənc oğlan supermarketdə öldü - Yenə HƏKİM SƏHVİ - FOTO / VİDEO

image

Bakıda məşhur supermarketlərdən birində gənc oğlan qəfil dünyasını dəyişib.

Xəbər verilir ki, hadisə yerinə təcili tibbi yardım çağırılıb.

Hadisə ilə əlaqəli sosial şəbəkələrdə yayılan videoda mərhuma tibbi yardım göstərən həkimlər tənqid olunub. Qeyd edilib ki, tibb işçiləri cəmi 5 dəqiqə ərzində gəlsələr də, 45 dəqiqə müddətində gənc oğlanın ürəyi səhv masaj edilib.

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini İradə Əliyeva  açıqlamasında bildirib ki, hadisə ilə əlaqədar 103 çağrı mərkəzinə çağırış daxil olub:

“Çağırışdan 5 dəqiqə sonra həkim briqadası hadisə yerində olub. Həkimlər çatanda həmin şəxs artıq çoxdan keçinmiş olub. Çağırışı verən şəxs isə vətəndaşın nə zaman keçindiyini bilmədiyindən həkimlərimiz dərhal ürək-ağciyər reanimasiyasına başlayıb. Bu müdaxilə ölümdən keçən 3-5 dəqiqə ərzində icra olunur. Adətən bu müdaxilədə ilk olaraq güclü təkan verilir, yəni döş qəfəsinə möhkəm yumruq vurulmalıdır. Ardınca masaj edilir. Həkimlərin ətrafda adam çox olduğundan təkan vurmayıblar”.

İ.Əliyeva vurğulayıb ki, həmin şəxs uşaqlıqdan ürəklə bağlı problemi olub:

“Araşdırmalar zamanı məlum olub ki, mərhum mütəmadi şəkildə ürəyindən müalicə alıb, poliklinikada qeydiyyatda olub”.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00