Bazar ertəsi, 25 Oktyabr

AMEA Kremldən idarə olunur - SENSASİON İDDİA - ölkə gündəmi "Canlı debat"da

image

Ölkənin siyasi gündəmi yenə zəngindi. "Biz təlimatla işləmirik” - Prezident o məşhur sənədlə bağlı bütün həqiqətləri açdı.

Prezident Ermənistanın, Moldovanın, Ukraynanın və Gürcüstanın qoşulduğu Avropa İttifaqı ilə bağlı assiosativ üzvlüklə bağlı sənədi Azərbaycanın niyə imzalamadığının sirrini bəyan etdi. YAP-ın qurultayındakı çıxışında Prezident Əliyev deyib: “Avropa İttifaqı ilə sıx əlaqələr qurmuşuq. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalanıb. Mən indi heç kimin haqqında danışmaq istəmirəm, amma bunu deməliyəm. “Şərq tərəfdaşlığı” ölkələrindən hansı bir ölkə Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb? Yox. Onlar assosiasiya sazişi imzalayıblar, o sazişə də mən baxmışam. O, faktiki olaraq saziş deyil, o, təlimat kitabçasıdır, bilirsiniz, təlimat kitabçası. O ölkələrə təlimat verilir, bunu belə etməlisən, bunu elə etməlisən. Mən isə ondan imtina etdim. Dedim ki, bizə belə təlimat lazım deyil. Biz özümüz bilirik nə etmək lazımdır. Bu gün biz Avropa İttifaqı ilə bərabərhüquqlu saziş üzərində işləyirik və sazişin 90 faizi razılaşdırılıb. Əlbəttə ki, pandemiya və müharibə bu işlərə bir az müdaxilə etdi. Yaxın gələcəkdə bu danışıqlar bərpa ediləcək”. Azərbaycanın assiossiativ sazişi niyə imzalamadığı haqda bir çox iddialar vardı, əsas səbəblərdən bir kimi isə Rusiya fakrtoru göstərilidi. Bu həm də onunla izah olunurdui ki, sənədin imzalayan bəzi ölkələrdə stabillik pozuldu və sair...Amma dövlət başçısı indi ilk dəfə olaraq sənədin mahiyyəti haqda bu qədər açıq danışdı.

Ölkədə siyasi dialoq formatı-Arif Hacılı 50 partiyaya qarşı... Hakim partiyanın qurultayında bir neçə siyasi təşkilat YAP-a qoşuldu. O cümlədən ölkə rəhbəri siyasi dialoq və onun formatı haqda birmənalı rəy ortaya qoydu. Dövlət başçısının sözlərinə görə, Yeni Azərbaycan Partiyasının ölkədə heç bir siyasi qurumla heç bir problemi yoxdur. "Antimilli ünsürlərlə isə biz, əlbəttə, heç vaxt bir masa arxasına keçə bilmərik, çünki onlar xaindirlər, xəyanətkardırlar. Onlar kənardan təlimatlar alırlar. Onların emissarları xarici paytaxtlardadır. Orada pul alırlar, buraya göndərirlər, insanları çaşdırmaq üçün bizim şanlı qələbəmizə kölgə salmağa çalışırlar", - İlham Əliyev deyib.

Müsavat rəhbəri Arif Hacılı isə qurultayda YAP-a qoşulanlar haqda danışarkən, aralarında vaxtilə birgə hökumətdə də təmsil olunduqları şəxslərin partiyasını da aşığalayıb: “YAP-a adları xalqa məlum olmayan saxta partiyalar qəbul edilib, bu təşkilatların heç bir fəaliyyəti qeyd olunmayıb. Faydalı olar ki, Azərbaycanda mövcud olan 50-yə yaxın belə partiya YAP tərəfindən qəbul edilsin, belə ki, onların elan olunan məqsədləri Yeni Azərbaycan Partiyasının məqsədlərindən fərqlənmir".(“Turan” İA) Aydındır ki, söhbət, həm müharibə zamanı, həm ondan sonrakı dövrdə hakiyyətlə dialoq qurmuş partiyalardan gedir. Onları YAP-ın sırasına qoyur.

Avropa Məhkəməsində Azərbaycan əleyhinə çevrilən işlər-Bakıda onları niyə həll etmək mümkün olmasın... Martın 11-də Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycandan göndərilmiş şikayətlər üzrə qərarlar elan edəcək. Azərbaycan əleyhinə qərarlar veriləcək, cərimələr kəsiləcək bu məhkəmə işlərinə baxdıqca haqlı sual ortaya çıxır. Azərbaycan məhkəmələri bu işləri niyə Avropanın icraaatına getməyə şərait yaradıblar. Məsələn, hətta xuliqanlıqla bağlı məhkəmə qərarından narazılıq son nəticədə Avropa Məhkəməsinin niyə baxış predmeti olsun? Azərbaycan bu səbəbdən şikayətlərə görə ilk beşlikdədir. Məhkəmə islahatları bu baxımdan da çox vacibdir. Bəzi hakimlər cəzalandırılır, amma son nəticə yenə Azərbaycanın xeyrinə olmur. Siyasi məsələrlə bağlı şikayətləri haradasa başa düşmək olar, amma xuliqanlıq və torpaq, mülkiyyət araşdırmaları niyə Bakıda öz ədalətli həllini tapmasın?

Azərbaycan və Türkiyə arasında işə düşən yeni saziş: Bakıda türk malları ucuzlaşacaqmı? Preferensial (seçim) ticarət sazişi preferensial ticarət rejimi yaradır. Bu isə o deməkdir ki, malların hərəkətində gömrük taariflərinin azaldılması və ya ləğvi və ya buna bənzər imkanlar yaradılacaq.

Sazişin tətbiq olunacağı güzəştli mallar siyahısında Azərbaycandan Türkiyəyə ixrac ediləcək kənd təsərrüfatı məhsulları - pendir, bəzi meyvə-tərəvəzlər, qara çay, şokolad və şirniyyat məhsulları, diabet xəstələri üçün alma, ərik və sair meyvə püreləri və sair məhsullar, Türkiyədən isə diabet xəstələri üçün nəzərdə tutulan qida məhsulları, qənnadı məmulatları, şokolad və şirniyyat məhsulları, qurudulmuş meyvə və sair məhsulları yer alıb. Sazişin tələbləri, həmçinin onun (nəzərdə tutulmuş ölkənin) torpağından, sularından və ya dəniz dibindən çıxarılmış xammal və ya mineral məhsulların da gətirilməsini istisna etmir.İş adamları bildirir ki, Türkiyədən Azərbaycana mallar orta hesabla 15 faiz gömrük rüsumu ilə gəlir. Preferensial ticarətdə sözügedən 15 adda mala indiyədək tətbiq olunan bu 15 faiz rüsum aradan qaldırılır.

Gömrük rüsumunun ləğvinin tətbiq ediləcəyi məhsullarda 15 faizlik bir ucuzlaşma gözlənilir.

"AMEA Kremldən iddia olunur”-sensasion iddia. Fəlsəfə elmləri doktoru, professor Əbülhəsən Abbasov mediada geniş məqalə ilə şıxış edib. Onun ən diqqətçəkən fikirləri isə AMEA haqda olub. “AMEA, bütövlükdə elm-təhsil, mədəniyyət-incəsənət sahələri, demək olar ki, bilavasitə keçmiş imperiya mərkəzindən – Kremldən idarə olunmuş və indinin özündə də bu tendensiya davam etməkdədir, bəlkə də, daha qəddar və məkrli formada. Hələ SSRİ dönəmindən hazırlanmış agentura-rezident şəbəkəsi öz hökmranlığını yeritməkdə, diktə və təsirini artırmaqdadır. Vassallıq sədaqətilə, mənfəətdar administrativ bürokratizmi və mahir neobolşevik intriqaçılığı ilə fərqlənənlər, əqli və vicdanı sönmüşlər, haqq-ədalət hissini itirmişlər Kremlin ürəyinə yatan milli görüntülü “qaydalar” ilə idarə olunan elmin, təhsilin, mədəniyyətin, bütün humanitar sahənin öndərləri qismində canfəşanlıq edir və bu “qaydalar”ın əbədiliyinə çalışırlar. Başda “boz kardinal” olmaqla! O boyda çoxminlik AMEA-da, hörmətli professor İdris Abbasovdan başqa, cıqqırını çıxaran, açıq tənqidlə çıxış edən yoxdur”.

Rusiya ordusunun hərbçiləri Qazaxla sərhədə niyə gəlib? Ermənistan KİV-ləri xəbər verir ki, Gümrüdə yerləşən 102-ci hərbi bazanın hərbçiləri Qazaxla sərhəddə yerləşən İcevan şəhərində görüntüləniblər. Onların yerli bazarlara və İcevandakı Ermənistan ordusunun alayına baş çəkdikləri xəbər verilir. Yerli media rusiyalı hərbçilərin ərazidə Azərbaycanla demarkasiya işlərinə cəlb oluna biləcəyini, yaxud ərazidə Rusiyanın daimi əsasda yeni hərbi hissəsinin yaradılması üçün fəaliyyət apardıqlarını yazır. İdda olunur ki, Ermənistan Qazaxın 7 kındinin Azərbaycana qaytarılması ilə bağlı razılığın icrasına başlayıb. Ermənistanda bir neçə gün əvvəl 102-ci bazanın Azərbaycanla sərhəddə yerləşdiricəyi haqda danışırdılar. Çünki məlumdur ki, Ermənistanın sərhədlərini Rusiya ordusunun qoruması ilə bağlı illərdir qüvvədə olan anlaşma var. Ermənistan öz sərhədlərini və dəmir yollarını Rusiyaya verib. Əslundə, bütün ixtiyaratını... Belə bir situasiyada Azərbaycanın reaksiyası nə olmalıdır?

Azərbaycanda sürətlə artan koronavirus statistikası nə vəd edir-bayramda karantin olacaqmı?

Feministlər nə istəyirlər, niyə özlərini hər 8 martda yada salırlar?

Bu və gündəmdəki digər mövzular bu gün aparıcı Sevinc Telmanqızının təqdimatında müzakirə ediləcək. Müzakirədə tamaşaçılar da iştirak edə bilər. Bunun üçün Musavat.com-un Facebook və Youtube səhifələrindən birini bəyənib, paylaşa bilərsiz.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bakıda fabrikdə yanğın olub

  • 24.10.2021 - 16:17
image

Dünya beşdən böyükdür...

  • 24.10.2021 - 11:45
image

Bakıda parkda meyit tapıldı

  • 23.10.2021 - 10:33