Çərşənbə, 15 May

Müsəlman ailəyə hücum olub - Kanadada

image

Kanada vətəndaşı Hamilton şəhərində parkda gəzən müsəlman ana və qızına hücum edib.

Xəbər verilir ki, kanadalı şəxs müsəlman xanımların üzərinə avtomobil sürərək onlara qarşı irqçi və islamafob təhqirlər edib. 

Hamilton polisinin verdiyi açıqlamaya görə, cinayətkar 62 yaşlı ana və 26 yaşlı qızı ölümlə təhdid edərək hadisə yerindən qaçıb. 

Daha sonra, 40 yaşlı təcavüzkar ətrafdakı şahidlərin dəlillərinə əsasən həbs edilib. 

Ailənin adından verilən yazılı açıqlamada bildirilib ki, cinayətkar sözügedən ailəyə qarşı terror cəhdinə çalışıb:

"Ailəmizə edilən hücumdan sonra sarsıldıq, amma qırılmadıq. Açığını deyək, bu adam ailəmizə qarşı terror törətməyə çalışdı. Bu şəxs maşını təhlükəli şəkildə ailə üzvlərimizə tərəf sürüb, onları söyüb. Onlara irqçi və islamofobik təhqirlər edib və öldürməklə hədələyib".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00