Cümə, 29 Mart

Nadir Qafarzadə qadınların zorlanmasına çağırışı dəstəklədiyini dandı

image

“Son zamanlar mənə qarşı mənfi işlər gedir. Deyirlər, guya zorakılığı dəstəkləyirəm. Mənim nəyimə lazımdır kim necə geyinir, harasını açıb".

Xəbər verilir ki, bu sözləri müğənni Nadir Qafarzadə yaydığı video açıqlamada deyib. Sənətçi bildirib ki, ona qarşı "qara piar" aparılır:

"Hamı öz papağını qoysun başına, sahib çıxsın. İstəyirlər çılpaq yox, anadangəlmə gəzsinlər. Mənim öz ailəm var. Bəzilərinin mövzusu bitib, mənim adımdan istifadə edir. Mən ifaçıyam, elə mövzulara qatılmıram. Zorakılıq nədir? Adam adama zorakılıq edər?".

Qeyd edək ki, ötən gün "Pantural" ləqəbli bloger kişilərə səslənərək "açıq geyinən qadınları zorlayın" çağırışı etmişdi. Bundan sonra Qafarzadə sözügedən paylaşımlardan birinə yazılan "Başıaçıqları, şalvar geyinənləri, feministləri zorlayıb iradımızı bildirəcəyik. Qarşı çıxan kişicikləri də... Hamımız bir olsaq, qeyrətlilərin qabağında heç kim dura bilməz" şərhini bəyənib. Bundan sonra ifaçı tənqid olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45