Bazar, 05 May

Fransadan erməni diversantlarının qaytarılmasına reaksiya 

image

Fransa minalanmış ərazilərin xəritələrini təqdim etmək müqabilində 15 erməni məhbusun Azərbaycan tərəfindən sərbəst buraxılmasını alqışlayır.

Xəbər verilir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin geniş yayılmış mesajında deyilir.

Bəyanatda qeyd olunur: "Fransa Azərbaycan tərəfindən həbsdə olan 15 Ermənistan vətəndaşının sərbəst buraxılmasını, həmçinin, Ermənistanın Füzuli və Zəngilan bölgələrindəki minalanmış ərazilərin xəritələrini təqdim etməsini alqışlayır".

ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransanın fikrincə, "11 iyun tarixində baş tutan əvvəlki mübadilə kimi, bu mübadilə də gərginliyin azaldılması və tərəflər arasında etimadın bərpası üçün vacib bir addım idi. Fransa tərəflərin 9 Noyabr 2020-ci il tarixində götürdükləri öhdəliklərin yerinə yetirilməsinə, o cümlədən mənalı bir dialoqun bərpasına və həbsdə olan bütün erməni məhbusların sərbəst buraxılmasına çağırır.

Minsk Qrupundakı tərəfdaşları ilə birlikdə Fransa bu müsbət dinamikanı davam etdirməyə çağırır və Qafqazda uzunmüddətli sülhü dəstəkləməyə hazır olduğunu təsdiqləyir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15