Bazar ertəsi, 06 May

Erməni terroru günahsız uşaqların ölümünə səbəb olub - Ombudsman

image

Ombudsman Səbinə Əliyeva 2 yaşlı Zəhranın qətlə yetirilməsinin ildönümü ilə bağlı dünya ictimaiyyətinə çağırış edib.

Ombudsman Aparatından verilən məlumata görə, 2 yaşlı azərbaycanlı Quliyeva Zəhra Elnur qızının Ermənistan silahlı qüvvələri tərəfindən ağır artilleriya silahlarından atəşə tutularaq qətlə yetirilməsindən 4 il ötür.

Müraciətdə qeyd edilir ki, cəzasızlıq mühitindən istifadə edərək Ermənistanın uşaqlara qarşı terror siyasəti daha sonralar da davam etdirilərək atəşkəs dövründə və ikinci Qarabağ müharibəsində günahsız uşaqların ölümünə səbəb olub: “Döyüş bölgəsindən uzaqda yerləşən mülki yaşayış obyektlərinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 12 uşaq həlak olub, 50 uşaq yaralanmış, 4 uşaq hər iki valideynini, bir çox uşaq isə valideynlərindən birini itirib”.

Azərbaycan Ombudsmanı belə halların beynəlxalq təşkilatlar tərəfindən qətiyyətlə pislənilməli və cinayət törətmiş şəxslərə qarşı konkret hüquqi ölçü götürülməli olduğunu dəfələrlə insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların diqqətinə çatdırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15