Bazar ertəsi, 06 May

Ermənistana “etmirəm” dediklərinin hamısını etdirəcəyik - mina xəritələri kimi...  

image

Ermənistana daha bir “etmirəm” dediyini etdirdik: Ağdamdan sonra Füzuli və Zəngilan rayonlarının mina xəritələrini də onlardan aldıq.

Xəbərin rəsmi hissəsi belədir: Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Azərbaycanın Xarici İşlər Nazirliyi mina xəritələrinin alınması üzrə humanitar təşəbbüsün həyata keçirilməsində göstərdiyi vasitəçilik xidmətlərinə görə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin komandanı Rüstəm Muradova təşəkkür edib.

“Mina xəritələrinin əldə edilməsi on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcəkdir", - deyə məlumatda bildirilir.

Xəbərdə belə bir qeyd də var: “Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib”.

Burada bir xatırlatma verək ki, iyulun 2-də Bakıda 15 erməni diversantın məhkəməsi yekunlaşdı və onlara 6 ay-4 il müddətində cəzalar təyin edildi. Azərbaycan ərazisində təxribatçılıq fəaliyyəti göstərdiklərinə görə saxlanılaraq, barələrində cinayət işi başlanılan ermənilərə humanist cəzalar təyin olunması sosial şəbəkələrdə müzakirələr səbəb olmuşdu. İnsanlar bunun səbəblərinə dair müxtəlif şərhlər verirdilər.

Soyuq təhillər isə deyirdi ki, Azərbaycanın humanist davranışı qətiyyən səbəbsiz deyil. Bu prosesdə Azərbayan məqsədlərinə nail olub: Ermənistanın hərbi-siyasi, cinayətkar rejiminin əməlləri bir daha təsbit olunub, açıq məhkəmə iclasında ermənilərin etirafları ilə dünyaya da bəyan edilib.

Habelə, Azərbaycan sülh tərəfdarı kimi humanist addım atmaqla, ermənilərə və dünyaya növbəti mesajını verib, jestni edib.

Bu məsələyə dair təhlil yazımızı “Azərbaycan diversantlara niyə humanist cəzalar verdi: ermənilərə və dünyaya mesaj” sərlövhəli yazını aşağıdakı linkdən oxuya bilərsiniz:

Əlbəttə, humanist cəza təyininin səbəbləri təkcə bununla da yekunlaşmır: diversantlar məhkum edildi, Azərbaycan məqsədlərinə nail oldu və artıq bizə erməni məhkumları burada həbsxanada saxlayıb, onlara xərc çəkmək, yedizdirmək, geyindirmək, müalicə etdirmək gərəkdirmi? Niyə dövlət artıq xərcə düşməlidir indiki vaxtda? Onlardan “təyinatları üzrə” istifadə etmək optimal variantdır.

Ermənistan bəllidir ki, post-müharibə dövründə heç də özünü normal aparmır və 10 noyabr üçtərəfli bəyənatın şərtlərinə əməl etmirdilər. Bunlardan biri də mina xəritələrinin verilməsi ilə bağlıdır. Ermənistan israrla deyirdi və bunu özünün iradəsi kimi təqdim edirdi ki, mina xəritələrini Azərbaycana təhvil verməyəcəklər. Nəticə nə oldu? “Etmirəm”, “etməyəcəm” dediklərini həyata keçirməyə məcbur edirik məğlub Ermənistanı.

Öncə onu vurğulayaq ki, mənfur düşmən 30 il işğal altında saxladığı Azərbaycan ərazilərini başdan-başa minalayıb. Habelə, 44 günlük Vətən Müharibəsi dövründə geri çəkildikcə xeyli minalar basdırıblar. Bu isə o deməkdir ki, bizim azad etdiyimiz ərazilərdə infrastrukturu bərpa etmək, əhalinin doğma yurdlarına qayıtmasını həyata keçirməkdə minalar ciddi əngəldir. Prosesi yubadır və ən vacibi odur ki, insanlarımız, hərbçilərimiz minaların qurbanı oludular.

Təsəvvür edin, Ağdamda 97 min, Füzuli və Zəngilan ərazisində 92 min mina basdırdıqlarını etiraf edirlər.

Artıq üç rayondakı mina xəritələri əlimizdədir və bu o demıkdir ki, 200 minə yaxın real təhlükə, ölüm mənbəyini zərərsizləşdirəcəyik, yüzlərlə insan itkisinin qarşısını bununla ala bilmişik.

Bir mühüm məqam da ondan ibarətdir ki, Ağdam, Füzuli və Zəngilan infrastrukturların daha sürətli qurulduğu zonadır. Füzulidə aeroport tikilir, bu rayondan Şuşaya yol çəkilir, Zəngilanda “Ağıllı şəhər” layihəsi icra olunur. Odur ki, bu üç rayonun daha tez minalardan təmizlənməsi Qarabağa daha tez qayıdış deməkdir.

Təbii, proses heç də avtomatik, Ermənistanın könüllü təşəbbüsü ilə baş tutmayıb. Prezident İlham Əliyevin diplomatik məharəti, uğurlu siyasəti və Azərbaycan diplomatiyasının apardığı nizamlı işlər nəticəsində növbəti uğurumuza imza atmışıq.

Mina xəritələrinin alınması ilə paralel diversantların məhkum edilərək, Ermənistana təhvil verilməsi də bu istiqamətdə həyata keçirlən genişmiqyaslı prosesin bir detalıdır.

Erməni diversantlar Ermənistan iqtidarı üçün ən zəif bənddir: Onların yaxınları Ermənistan iqtidarından diversantları aldadıb Qarabağa göndərdikləri kimi, geri almağı tələb edirdi. Düşmən ölkədəki gərginliyin miqyasını deməyə ehtiyac yoxdur, bəlli məsələdir. Diversantlar məsələsi isə Ermənistan iqtidarının ciddi başağrısına çevrilib.

Bugünədək əlimizədki diversantların heç yarısı da geri qaytarılmayıb. Onlar qrup-qrup mühakimə edildikdən sonra böyük bir qismi – hansı ki, onlar qurbanlıqlardır, zorən Qarabağa göndərildiklərini etiraf edirlər – böyük imtiyazlar, güzəştlər müqabilində və humanist addım olaraq mərhələli şəkildə geri verilə bilər. Bu ən doğru metodddur. Mümkündür ki, bəzi ağır cinayətkarlar daha uzun müddətə məhkum edilsinlər, beynəlxalq terrorçuluq fəaliyyətinə görə daha layiqli cəzalar alsınlar. Bu, digər mövzudur...

Bütün istiqamətləri və detalları incələyəndə ortaya çıxan reallıq budur ki, Azərbaycan təmkinli davranışları və zamanında atılan addımları ilə istəklərinə nail olur. Yekun olaraq Prezident İlham Əliyevin bir fikri tamamilə yerinə düşür: “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15