Cümə, 29 Mart

Bakı ilə dostluq təklif edənləri güllələmişdik - Manukyan

image

Ermənistan köhnə səhifəni bağlamayana qədər tarixdə yeni səhifə aça bilməz.

Aftafa.tv xəbər verir ki, bunu Ermənistanın Vətənin Xilası Hərəkatının lideri Vazgen Manukyan deyib. Onun sözlərinə görə, Paşinyan vəzifəsindən istefaya getməməklə bərabər Ermənistana Türkiyə və Azərbaycanla dostluq proqramı təklif edir:

“Elə zamanlar vardı ki, buna görə güllələnmə olurdu (1999-cu ilə parlament gülləbaranı nəzərdə tutulur – red.). Təəssüf edirəm ki, o dövrlər keçdi. İndi biz bu biabırçılıq səhifəsindəyik və onu döndərə bilmirik. Növbəti səhifədə bizi çox çətinliklər və böyük imkanlar gözləyir. Nikol Paşinyan təkcə bizim keçmişimizi yox, həm də gələcəyimizi məhv edir”.

O, Ermənistan Təhlükəsizlik Şurasının sədrinin Türkiyə ilə münasibətlərin korrektə edilməsinə dair bəyanatının gülünc olduğunu bildirib:

“Türkiyə ilə münasibətlərimiz əvvəl də, indi də çətindir. İndi müharibə bitməyib və düşmənimiz Türkiyədir. Bundan sonra dostluğa can atmaq sadəcə gülüncdür”.

Manukyan regionda kommunikasiyaların Azərbaycanla Türkiyənin izn verdiyi qədər açılacağını söyləyib.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45