Şənbə, 04 May

Azərbaycanda pandemiyanın başa çatacağı tarixi AÇIQLANDI

image

“Bu gün Azərbaycanda vaksinasiya prosesi sürətlə davam edir. Hətta günlük 80 mini keçən peyvəd vurulması imkanımız var və hazırda bunu edirik”.

Xəbər verilir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, hədəf növbəti günlərdə bu rəqəmin 100 minin üzərinə çıxarılmasıdır: “On səkkiz yaşdan yuxarı bütün həmvətənlərimizi vaksinasiya prosesinə həvəslə qoşulmağa dəvət edirəm. Həmişə deyirdik ki, bu xəstəlikdən qorunmağın yeganə yolu peyvənd olunmaqdır. Son elmi-tədqiqatlar da bunu sübut edir. Ona görə də peyvəndlənmənin həcmi genişləndirilməli və ictimai immunitetə daha sürətlə nail olmalıyıq”.

R.Bayramlının sözlərinə görə, vaksinasiya ilə paralel olaraq digər qoruyucu tələblərə də əməl edilməlidir: “Əminəm ki, qeyri-adi hal baş verməsə bu ilin sonuna qədər xəstəliyi pandemiya səviyyəsindən çıxarıb normal həyata yavaş-yavaş qayıda bilərik”

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15