Cümə axşamı, 02 May

Xalq artisti Rəhman Məmmədlini məhkəməyə verir - Qalmaqal böyüdü

image

Xalq artisti Sərxan Sərxanla tanınmış gitaraçı Rəhman Məmmədli arasında yaranan qalmaqal böyüyür.

Xəbər verilir ki, Sərxan Sərxanın mediada yayımlanan müsahibəsində işlətdiyi “Rayon camaatı nə bilir teatr, konsert nədir?” ifadəsinə cavab olaraq Rəhman Məmmədli şəxsi “Facebook” hesabında yazdığı tənqidi statusa görə məhkəməlik olub.Açıqlama verən Rəhman Məmmədli qarşı tərəfin onu məhkəməyə vermək fikrində olduğu ilə bağlı xəbərdarlıq aldığını təsdiq edib:

"Allah eləsin o məhkəmə baş tutsun. Mən onu təhqir etməmişəm. Dediklərimin arxasındayam. Mənim millətimi təhqir edən insana reaksiyasız qala bilməzdim. Erməni söyüş deyil, bir millətin adıdır. Azərbaycan xalqını iki yerə bölən insan bu torpağa, bu xalqa düşməndir. Sərxan Sərxan açıqlama verib ki, mən elə söz deməmişəm. Yaxşı, deməyibsə məni məhkəməyə verəcəyinə niyə gedib o başlığı çıxaran jurnalisti, media orqanının məhkəməyə vermir?".

Xatırladaq ki, bu günlərdə Xalq artisti Sərxan Sərxanın mediada yayımlanan statusu böyük rezonans doğurub. Onun rayonlularla bağlı fikirləri sosial şəbəkədə birmənalı qarşılanmayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15