Cümə axşamı, 18 Aprel

“Hermes” Fuaddan növbəti qalmaqal - FOTO

image

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov haqqında qalmaqallı məlumatlar yayımlanıb. “Azadlıq qəzeti”-nin jurnalisti Fikrət Hüseynli tərəfindən sosial şəbəkələrdə paylaşılan fotolarda komitə sədri Fuad Muradovun bahalı geyimləri xüsusilə diqqət çəkib.

Jurnalist paylaşımında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun İstanbulda baş tutan tədbirdəki fotosuna yer verib. Fotoda Fuad Muradovun bahalı brendlərdən alınmış geyimlərdən istifadə etdiyi diqqətdən yayınmayıb. Belə ki, fotolardan komitə sədrinin təkcə “Hermes” markalı kəmərinin qiyməti 1528 avro olduğu görünür. Fuad Muradovun ayaqqabısının minimum dəyəri isə 740 avrodur və Louis Voitton firmasındandır. 

Fikrət Hüseynovun paylaşımından aydın olur ki, tədbir İstanbulda yerləşən 5 ulduzlu oteldə keçirilib və 90 min dollar məbləğində vəsaitə xərclənib. Bir tədbir üçün bu qədər maddi vəsaitin xərclənməsi isə haqlı olaraq bəzi suallar doğurub. Müharibədən sonra işğaldan azad olunmuş ərazilərin bərpası məsələsinin gündəmdə olduğu bir dövrdə bu qədər vəsatinin sadə bir tədbir üçün xərclənməsi nə dərəcədə doğrudur? Bəs, Fuad Muradovun təşkil etdiyi tədbirin Azərbaycanın dünyada tanıdılması işindəki önəmi nədir? 

Fuad Muradov Avropaya niyə getmir?

Qısa araşdırma nəticəsində sözü gedən fotonun İstanbulda 26 iyun Silahlı Qüvvələr Günü münasibətilə təşkil olunan tədbir zamanı çəkildiyi məlum olub. Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri çərçivəsində baş tutub. Türkiyədən yüksək rütbəli hərbiçilərin və Azərbaycanlı kursanların dəvət olunduğu tədbirin qonaqları sırasında Fuad Muradova yaxın adamların, Komitə əməkdaşlarının və Azərbaycan evlərininin təmsilçilərinin çoxluq təşkil etməsi də bir digər maraqlı məqamdır. 

Qardaş ölkədə yenidən Azərbaycan təbliğatı aparmağa qərar verən Fuad Muradovun hansı məntiqlə hərəkət etdiyi qeyri-müəyyəndir. Xüsusilə Azərbaycanın üzləşdiyi xarici təzyiqlərə qarşı Diasporla İş üzrə Dövlət Komitəsinin daha ciddi işlər görməsi lazım olan bir vaxtda bu cür davranışı xüsusilə maraq doğurur. Fuad Muradov hər hansı Avropa ölkəsində, məsələn elə Fransada, 26 iyun Silahlı Qüvvələr günü ilə bağlı tədbir təşkil etsə idi, bu Azərbaycanın maraqlarına daha çox xidmət etmiş olmazdımı? Fuad Muradov Fransada bu cür tədbir keçirməkdən nə üçün çəkinir? Yoxsa Parisdə 90 min dollarlıq otel tapa bilməyəcəyini düşünür?

Fuad Muradovun yüksək çinli zabitlərin yer aldığı tədbirdə bahalı geyimləri ilə özünü kimə göstərdiyini də bir digər müəmmalı məqamdır. Komitə rəhbərinin özünü podiumda hiss etməsi və görməmişliyi təkcə onun yox, həm də Azərbaycanın nüfuzuna xələl gətirmirmi? Önəmli vəzifədə təmsil olunan məmur kimi Fuad Muradovun əsas vəzifəsi Azərbaycan üçün xidmət göstərmək deyilmi? 

Fuad Muradovun növbəti şousu

İstənilən halda Azərbaycan üçün önəmli diplomatik uğur hesaba olunmayacaq bir tədbir üçün 90 min dollar vəsaitin xərclənməsi israfçılıqdan başqa bir şey deyil. Bu cür bir tədbir əvəzinə Fuad Muradov o məbləği Silahlı Qüvvələrə Yardım fonduna, ya da yaralı qazilərimizin müəlicəsi üçün YAŞAT fondun yönləndirsə, daha ciddi iş görmüş olardı. Lakin bu iş 44 günlük müharibə dövründə yoxa çıxan Fuad Muradov üçün elə də əhəmiyyət kəsb etməyən mövzudur.

Fuad Muradov son yarım il ərzində Diaspor komitəsinin sədri olaraq hər hansı ciddi fəaliyyətlə yadda qalmayıb. Onun bu vaxt ərzində nə işlə məşğul olduğu və dövlətdən aldığı vəsaitləri hara xərclədiyi də sual altındadır. Baş verənlər bir daha onu göstərir ki, Fuad Muradovun heç bir əziyyət çəkmədən qardaş Türkiyədə tədbir təşkil etməsi tamamilə şou xarakterli bir addımdır və Fuad Muradovun fəaliyyətsizliyini gizlətməyə hesablanıb. 

Qeyd edək ki, Fuad Muradov daha əvvəl də oxşar qalmaqallı mövzularla gündəmə gəlib. İsveçrədəki hoteldə modellərlə yaşadığı macəralar, Avropa ölkələrində Azərbaycan evləri adı altında külli miqdarda mənimsəmə faktları, Diaspora Komitəsindəki yaxın adamlarına paylanılan medallar birbaşa komitə rəhbərinin adı ilə bağlıdır.

Mövzu ilə əlaqədar olaraq qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55