Bazar, 05 May

“Ermənistan bölgənin ən geriqalmış ölkəsinə çevriilir” - Armen Gevorqyan

image

“Ermənistan bölgənin ən geridə qalmış ölkəsinə çevrilir”.

Xəbər verilir ki, bunu barədə “Telegram” kanalında keçmiş baş nazirinin müavini, "Ermənistan" blokunun üzvü Armen Gevorqyan yazıb. “Ermənistan bölgənin ən geridə qalmış ölkəsinə çevrilir. Təəssüf ki, bu tendensiya institusional xarakter almağa başlayır”.

Müxalifətçi bu barədə son səsvermənin nəticələrinə görə deyil, məhz bu səsvermənin nəticələrinin əsas səbəbindən narahat olduğuna görə danışdığını qeyd edib. “Dünya Bankının bir araşdırmasına görə, Ermənistanda təməl yoxsulluğu səviyyəsi 35%-dir. Bu o deməkdir ki, 10 yaşınadək olan hər üç şagirddən biri yaşa uyğun mətni səlis oxuya və başa düşə bilmir. Gürcüstanda bu rəqəm 13,8%, Azərbaycanda isə 23,3%-dir. Bundan əlavə, Ermənistanda uşaqların təxminən 7%-i məktəbə getmir. Bu, bizim ən dərin problemlərimizdən biridir”

Armen Gevorqyan əmindir ki, hazırkı hökumətin savadlı insanlara, keyfiyyətli insan resurslarına ehtiyac yoxdur, çünki təhsilsiz insanları idarə etmək, onları azdırmaq daha asandır. “Bu həm də uzunmüddətli uğursuzluğun təməlini qoyur. Hər zaman yüksək təhsil ixtisasına və insan potensialına sahib olan Ermənistan bu gün bu kapitalını itirir. Bu göstəricilər sabahın Ermənistanının təsvirini təşkil edir və bu, çox həyəcanvericidir”.

Siyasətçinin sözlərinə görə, bu gün təhsil sisteminin vəziyyəti kütləvi mühacirətin əsas səbəblərindən birinə çevrilir. Armen Gevorqyanın fikrincə, bir çox erməni hələ də övladlarının keyfiyyətli təhsil almasını vacib hesab edir, bu imkanı Ermənistan xaricində axtarır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15