Şənbə, 11 May

Azərbaycanda bələdiyyə sədrinə cinayət işi AÇILDI

image

Ağstafa rayonunda 9 il əvvəlki tarixlə torpaq sahəsi satan bələdiyyə sədri ilə bağlı cinayət işi başlanılıb.

Prokurorluqdan verilən məlumata görə, rayonun Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov 2017-ci ildə ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat məbləğində pul müqabilində hər biri 0,12 ha olmaqla torpaq sahəsi satıb. Lakin onları 2006-cı il tarixinə sənədləşdirərək rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.

Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq davam edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44