Cümə axşamı, 18 Aprel

“The New York Times” Çin ilə İran arasında bağlanmış 400 milyard dollarlıq müqavilədən yazır

image

Rəsmi Pekin ABŞ-ı Yaxın Şərqdə sülh və inkişafa əngəl hesab edir

Çin ilə İran arasında müqavilə imzalanıb. Gələn 25 il ərzində Çin İrana 400 milyard dollar dəyərində sərmayə qoyacaq, əvəzində isə İrandan neft alacaq. Bu müqavilə Çinin İran üzərindən Yaxın Şərqə təsirini daha da gücləndirəcək. Bölgədə ABŞ-ın təsirini azaldacaq.

İran isə ABŞ-ın bu ölkəyə tətbiq etdiyi sanksiyalardan dolayı beynəlxalq izolyasiyadan xilas olacaq. “The New York Times” belə yazır.

Qəzet bildirir ki, 2015-ci ildə dünyanın 5 öncül ölkəsi ilə İran arasında nüvə anlaşması imzalanıb. Həmin sənədin altında imzası olan ölkələrdən biri də Çindir. ABŞ Donald Tramp dönəmində bu müqavilədən çıxdı. Çin isə həmin müqaviləni müdafiə edir.

Təhlil yazısında qeyd olunur ki, müqavilə şənbə günü İranın xarici işlər naziri Cavad Zərif və onun çinli həmkarı Vanq Yi tərəfindən Tehranda imzalanıb.

Vurğulanır ki, bu təklif İrana 2016-cı ildə Çin prezidenti Si Tszinpin tərəfindən edilib. Öncə İran tərəfi bu təklifə o qədər də maraq göstərməyib. Ancaq ABŞ İranla bağlanmış nüvə anlaşmasından imtina etdikdən sonra rəsmi Tehranın bu təklifə münasibəti ciddi şəkildə dəyişib. İranın Ali dini rəhbəri Ayətullah Əli Xamneyinin tapşırığı ilə parlamentin keçmiş sədri, mühafizəkar siyasətçi kimi tanınan Ali Laricani bu danışıqları aparıb.

Qəzet yazır ki, Çinin xarici işlər naziri İranın yağı düşməni Səudiyyə Ərəbistanında olub, Türkiyədə də görüşlər keçirib. BƏƏ, Bəhreyn və Omana isə bugünlərdə səfər edəcək.

Çin hətta İsrail ilə Fələstin arasında birbaşa danışıqlara ev sahibliyi etməyə də hazır olduğun bəyan edib. Və eyham vurub ki, ABŞ-ın regionda dominantlıq etməsi sülh və inkişafa əngəl törədir.

Göründüyü kimi, Çin Yaxın Şərqdən ABŞ-ı vurub çıxarmağa hesablanmış ciddi addımlar atır. Şübhəsiz ki, bu gedişlər müəyyən müddət sonra konkret nəticələr verəcək. Elə bu səbəbdən də “The New York Times” Amerika üçün həyəcan təbili çalır.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28
image

Yunanıstanda zəlzələ oldu

  • 14.04.2024 - 14:37
image

DİM bu gün imtahan keçirir

  • 14.04.2024 - 10:55
image

“WhatsApp”da yeni funksiya

  • 13.04.2024 - 17:56