Şənbə, 20 Aprel

Yarım milyard zərərdə olan metronun rəisi yüzminlərlə dəyəri olan maşınlarda gəzir - FOTOLAR

image

Bakı Metropoliteni batır, amma onun rəisi Zaur Hüseynov ilbəil zənginləşir. Faktlara diqqət edin.

“Bakı Metropoliteni” QSC 2020-ci ili 83,543 milyon manat zərərlə başa vurub. Səhmdar cəmiyyətin yığılmış zərəri 565,24 milyon manata çatıb.

Bu, rəsmi məlumatdı. İndi oxuyacaqlarınız isə bloger Mehman Hüseynovun araşdırıb üzə çıxardıqları (fotolar da ona məxsusdur):

Bakı Metropoliteninin rəisi vəzifəsinə təyin ediləndən (2014-cü il) 1 il sonra, yəni 2015-ci ildə Zaur Hüseynovun həyat yoldaşı artıq özünə qiyməti 150.000 AZN Porsche Cayenne alıb (90-LL-090), oğlu Həbib Hüseynov isə həmin vaxtlar Chevrolet Camaro markalı maşınında fırlanırdı (90-HH-090).

2018-ci ildə metroda gediş haqqı artırılanda Zaur Hüseynovun oğlu Həbib Hüseynov artıq maşınını dəyişdirib, özünə yeni Mesrsedes Benz G63 AMG almışdı. Bakı küçələrində yenə özünə məxsus nömrə nişanı ilə fırlanır (90-HH-090). Maşının içində olan şəxs Həbibdir.

2020-ci ildə Zaur Hüseynovun şəxsi maşınını qiyməti 255.000 AZN olan Range Rover Velar Byron markalı 90-ZZ-090 dövlət nömrəli maşındır. Həyat yoldaşı 2020-ci ildə qiyməti 240.000 AZN olan Range Rover maşını sürüb, 2021-ci ildə isə özünə 300.000 AZN-lik Porsche Cayene turbo S alıb, yenə də özünə məxsus 90-LL-090 nömrə ilə.

Qeyd edək ki, Metropoliten rəisinin aylıq maaşı 1300 AZN-dir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20