Şənbə, 20 Aprel

Kəmaləddin Heydərovun ərəblərlə fotoları yayıldı - ŞOK

image

Avfata.tv məlumat verir ki, sosial şəbəkələrdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun son günlərdə qanunsuz ovla bağlı gündəmə gələn ərəblərlə fotoları yayılıb. Fotoları jurnalist Cavanşir Həsənli öz facebook profilində paylaşıb.
 
“Kəmaləddin müəllimə şər atmayın, o hara, ərəb hara?! Açıqlama verib ki, “Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram",- deyə qeyd edən Cavanşir Həsənli, “Bunlar 2015-də gəlib, yeyib, doyub, gedən ərəblərdir. Ərəblərin yanındakı başqa Kəmaləddin müəllimdir…”, - deyə əlavə edib.

Xatırladaq ki, bir neçə gündür Qax Dövlət Yasaqlığında qanunsuz olaraq ovçuluq fəaliyyəti həyata keçirən və "Qırmızı kitab"-a düşən heyvan növlərini ovladıqları bildirilən ərəblərlə bağlı xəbərlər yayılıb. Ərəb turistlərin rəsmi şəxslər olduqları və Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun qonaqları olduğu iddia edilir. Nazir isə ərəbləri tanımadığını və onlarla hər hansı əlaqələrinin olmadığı bildirib.

Aftafa.tv
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20