Bazar ertəsi, 29 May

Bakının "dəmir yumruğ"u: Zəngəzur dəhlizi üçün...

image

Naxçıvanda tank əleyhinə hərbi təlimlərin keçirilməsi fonunda bir xəbər diqqət çəkir: Türkiyə yeni hərbi təlimlər keçirmək məqsədilə Ermənistan sərhədinə tank, özüyeriyən artilleriya və zirehli avtomobillər gətirib.

Bu iki ehtimalı önə çıxarır:

- Türkiyə və Azərbaycan “tank müharibəsi” məşqini edir;

- Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün “əzələ nümayişi” göstərir;

Moskvada yenidən üçtərəfli (Azərbaycan, Rusiya və Ermənistan) görüşün keçiriləcəyi haqda məlumatlar var: görüşdə kommunikasiyanın açılması ilə bağlı rəsmi sənədin imzalanacağı və bundan sonra Zəngəzur dəhlizinin açılması istiqamətində real addımların atılacağı gözləniləndir.

Mümkün görüşdən öncə hərbi müstəvidə atılan addımlar təsadüfi deyil və o da mümkündür ki, görüş öncəsi Azərbaycan və Türkiyə ordusu Zəngəzurla sərhəddə növbəti hərbi təlimlər keçirsin: Bakı maraqlarını təmin etmək üçün “dəmir yumruğ”u da özü ilə masaya aparır...

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Ordumuz atəşə tutuldu

  • 29.05.2023 - 10:03
image

Tovuzda sakin minaya düşdü

  • 27.05.2023 - 12:00
image

Bu klinikalar cərimələndi

  • 26.05.2023 - 11:54