Cümə, 03 May

Gələcəyin üzən şəhərləri –Fotolar

image

Belçikalı arxitektor Vinsent Kallebo müasir şəhərlərə alternativ kimi açıq okenda üzən şəhərlər yaratmağı təklif edir. Arxitektorun fikrincə, gələcəkdə belə şəhərlərin tikilməsi qaçılmaz olacaq. Çünki qlobal istiləşmə nəticəsində dünya okeanının səviyyəsinin qalxması milyonlarla “ekoloji qaçqınlar” ordusu yaradacaq.

Bəs onları harada yerləşdirmək olar? Arxitektorun fikrincə, okeandan qaçanları elə okeana da qaytarmaq lazımdır.

Müasir arxitekturada su səthində konstruksiyaların tikintisini ifadə edən xüsusi termin də var: Sistidinq (seasteading). Bu söz açıq dənizdə üzən və hansısa konkret ölkənin yurisdiksiyasından kənar olan yaşayış məskənlərini ifadə edir. Sistidinq konsepsiyasının ideyasını arxitektor və proqramçı Petri Fridman irəli sürüb.

https://azadsoz.com/M0/1/2021/06/images/20210629_102612_1624947972_312d4e7deb.jpg

50 min nəfərin yaşamasına hesablanmış bu cür şəhərlər mahiyyətcə üzən elektrik stansiyası ilə üfiqi hidroponik fermanın birləşməsindən idarətdir. Belə şəhərlərdə külək, qabarma, Günəş enerjilərindən istifadə etmək mümkündür.

https://azadsoz.com/M0/1/2021/06/images/20210629_102618_1624947978_8d9202008a.jpg

Süni adaların örtüyü titan dioksidli poliefir liflərdən hazırlana bilər. Ada-şəhərlərin daxilində münasib mikroiqlimin formalaşması üçün sakit körfəzlərin, süni dağların yaradılması mümkündür.

Vinesnt Kallebo heç də hamının üzən adalara köçməsini təklif etmir. Bu, ehtiyat variant kimi nəzərdən keçirilir. Məsələ ondadır ki, bu şəhərlərdə qapalı istehsal tsikli təşkil etmək mümkün deyil. Amma texnoloji olaraq artıq belə şəhərlər tikmək üçün imkan var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15