Cümə, 03 May

Bakıda ana və körpəsi diləndirilir? VİDEO

image

Paytaxtın Nizami rayonu ərazisində qucağında körpə uşaq olan qadın diləndirilir.

Bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.

İlkin məlumata görə, hər gün səhər saatlarında qadını bir nəfər gətirib metronun “Xalqlar Dostluğu” stansiyası yaxınlığında qoyur və gedir. Qadın qucağındakı körpə ilə səhərdən-gecə saatlarına qədər küçədə qalır.

Məsələ ilə bağlı “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə də məlumat yayıb.

O, açıqlamasında bildirib ki, qadının və körpə uşağın tapılması istiqamətində tədbirlər görülür:

“Bu barədə mənə məlumat verilən kimi əməkdaşlarımız əraziyə getdi. Qadını tapa bilmədik. Lakin yaxınlıqda yerləşən mağazalardan birində mühafizə xidmətinin əməkdaşı da bildirdi ki, qadını hər gün kimsə bu əraziyə gətirir. Ehtimal edirik ki, uşaq vasitəsilə qadın diləndirilir. Hələ qadını tapa bilməmişik. Onlarda əlaqə nömrələrim var.

Bu məsələ təcili surətdə araşdırılmalıdır. Nizami rayonunda ərazi üzrə təhlükəsizlik kameraları vasitəsilə qadının hansı istiqamətə getdiyini müəyyənləşdirmək olar. Biz hələ qadının və uşağın hansı təhlükə ilə qarşı-qarşıya olduğunu bilmirik. Hər şey qadın tapıldıqdan və araşdırmalar yekunlaşdıqdan sonra məlum olacaq”.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15