Cümə, 29 Mart

Gənclər və İdman Nazirliyində mənimsəmə qalmaqalı - Nazir müavini ...

image

Azərbaycanın milli bilik yarışması olan “Mən Azərbaycanlıyam” layihəsi 15-29 yaş arası gənclərin bilik və bacarıqlarını sərgiləyə bildikləri intellektual verilişdir. Veriliş 2009-cu ildən etibarən fəaliyyət göstərir və hər həftə AzTV kanalında yayımlanır. Layihənin rəsmi saytında birbaşa təşəbbüs və dəstəyin Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirildiyi bildirilir. Hal hazırda layihəyə tərəfdaş olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi də cəlb olunub.

Rəsmi sənədlərdə verilişin ərsəyə gəlməsi məqsədi ilə Gənclər və İdman Nazirliyi tərəfindən 3 milyon manat vəsait ayrıldığı qeyd olunur. Lakin daha sonra məlum olub ki, əslində “Mən Azərbaycanlıyam” verilişinin çəkilişləri və proqramların hazırlanması ilə bağlı məsələlər AzTV telekanalına məxsus resurslar hesabına reallaşdırılıb. Bu halda sual yaranır ki, bəs Gənclər və İdman Nazirliyi tərəfindən layihə üçün ayrılmış 3 milyon manat məbləğindəki pul hara xərclənib? Əgər bu verilişi AzTV-nin resursları hesabına çəkmək mümkün idisə, 3 milyonluq qrant layihəyə nə ehtiyac var idi?

Aftafa.tv-nin mövzu ilə bağlı apardığı araşdırma nəticəsində məlum olub ki, “Mən Azərbaycanlıyam” verilişinin AzTV telekanalının resursları hesabına hazırlanması birbaşa telekanalın keçmiş rəhbəri Arif Alışanovun tapşırığı əsasında baş verib. Digər tərəfdən Gənclər və İdman Nazirliyinin gənclərlə bağlı qrant layihələrinin kurasiyasının nazir müavini İntiqam Babayev tərəfindən həyata keçirildiyi də heç kimə sirr deyil. Yəni, hansı layihəyə nə qədər pul ayrılır hamısına qərar vermək birbaşa İntiqam Babayevin səlahiyyətindədir. Beləliklə, təyinatı üzrə xərclənməyən 3 milyon manatla bağlı izlər nazir müavini İntiqam Babayev və AzTV-nin keçmiş rəhbəri Arif Alışanovun bu layihədə əsas maraqlı fiqur olduqlarını göstərir. 

Baş verənlərdən o qənaətə gəlmək olar ki, nazir müavini İntiqam Babayev bu işdə AzTV-nin keçmiş rəhbəri Arif Alışanovla əlbir hərəkət edib. Bu ikilinin intellektual veriliş layihəsi adı altında 3 milyon manat pulu öz aralarında bölməsinə əsaslı şübhələr yaranır. Ayrılan bu pulun müqabilində isə tərəflər verilişin çəkilişlərini AzTV kanalının öz resursları hesabına həyata keçiriblər. AzTV-nın resurslarının bu işə qatılması da Arif Alışanovun mənimsəmə prosesindən ciddi pay aldığını sübut edən faktlardan biridir.

Aftafa.tv eyni zamanda İntiqam Babayev və Arif Alışanov arasındakı əməkdaşlığın digər detallarını da öyrənməyə müvəffəq olub. Belə ki, bir müddət əvvəl Hesablama Palatasının Gənclər və İdman Nazirliyində yoxlamalar aparması məsələsi gündəmə gəlib. Lakin yoxlamalar nəticəsində nazirlikdə hər hansı qanunsuz fəaliyyət müəyyən olunmadığı qeyd olunub. Ən azından mediaya bu barədə məlumat verilməyib. Sual olunur, İntiqam Babayev və Arif Alışanov 3 milyon manat vəsaiti mənimsədikləri halda, Hesablama Platası həmin məbləği necə “əsaslandırıb”? 

Bunun tək səbəbi AzTV-nin keçmiş rəhbəri Arif Alışanovun arvadı Mehriban Alışanovanın həmin dövrdə Hesablama palatasının auditorlarından biri olmasıdır (Red: Hal hazırda həmin vəzifəni daşımır). Həmin bu auditorlar yoxlamalar aparılan qurumların fəaliyyəti ilə bağlı yekun hesabatları müəyyən edən şəxslərdir. Eyni zamanda Gənclər və İdman Nazirliyinin yoxlanılması işi də məhz Mehriban Alışanovanın kurasiyasında olub. İntiqam Babayev və Arif Alışanov məhz Mehriban Alışanovanın köməkliyi və vasitəçiliyi ilə yoxlamalardan “təmiz kağız” ala biliblər. Həmçinin Mehriban Alışanovanın adı keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun işində də hallanır.

Qeyd edək ki, Hesablama Palatasının Gənclər və İdman Nazirliyində apardığı yoxlamalar nəticəsində bir sıra digər mənimsəmə faktları da oxşar qaydada ört basdır edilib. Müəyyən olunub ki, təkcə 2015-ci ildə Birinci Avropa Oyunlarının təşkili və keçirilməsi dövlət büdcəsinə 1 milyard manatdan baha başa gəlib. Oyunların açılış mərasimi üçün 150 milyon manat, bağlanışı üçünsə 30 milyon manatdan çox vəsaitin ayrıldığı qeyd olunub. Əslində isə ayrılan vəsaitin böyük bir hissəsi öz təyinatı üzrə xərclənməyib. 

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45