Çərşənbə, 24 Aprel

Mehman Hüseynov bu dəfə Şeyxi hədəf aldı - Araşdırma

image

Blogger Mehman Hüseynov yeni araşdırma yayımlayıb. Bloggerin bu dəfəki hədəfi isə bütün Qafqaz müsəlmanlarının şeyxi, hacı Allahşükür Paşazadədir.

“Mən bilirəm hətta deyərdim ki, əminəm Qafqaz şeyxi Allahşükür Paşazadə “DİN” adı altında dövlət büdcəsindən oğurladığı pulları deputat qardaşı Cavanşir Paşazadənin əli ilə ölkədən çıxardır amma bunu sübut edə bilmirəm.”, deyə blogger qeyd edib.

Mehman Hüseynovun sözlərinə görə, seyx Allahşükür Paşazadənin qardaşı, Milli Məclisin deputatı korrupsioner Cavanşir Paşazadə qeyri qanuni yolla əldə elədiyi çirkli pulları oğlu Şahin Paşazadənin əli ilə yuyur. Blogger eyni zamanda Türkiyədə onların ailəsinə məxsus olan biznes şəbəkələri də tapdığını qeyd edib.

“Elə bilirsiz Allahşükür Paşazadənin qardaşı bu dəbdəbəli restoranları “halal” zəhməti, alın təri ilə qazanılan pul ilə açıb? Cavanşir Paşazadə millət vəkili deyil, oğrudur! Bu deputatın rəsmi maaşı 2700 AZN dir. Amma necəsə bu maaş hesabına Türkiyənin ən xod gedən otellərində dəbdəbəli restoranlar açıb işlədir”, deyə araşdırmada qeyd olunur.

Blogger onu narahat edən bir sıra suallara da aydınlıq gətirib. Mehman Hüseynovun sözlərinə görə, “Palmalı” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov bir vaxtlar bu deputat övladına əlini uzadıb, ona kömək edib. Lakin Mübariz Mənsimov həbs olunanda Allahşükür Paşazadə və onun deputat qardaşı Cavanşir Paşazadə onun həbsdən azad olunması, onun ailəsi üçün nələrsə edib, kömək əllərini uzadıblarmı?, deyə blogger sual ünvanlayıb.

Araşdırmanın tam videosunu təqdim edirik:

 

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33