Cümə axşamı, 02 May

“Otuzdan çox toyun behini almışam“ - Afət Fərmanqızı

image

Bir iyul tarixindən etibarən müəyyən şərtlərlə toyların keçirilməsinə icazə veriləcək. Həmçinin dəvətli sayına da bir sıra məhdudiyyətlər qoyulub. 

Xəbər verilir ki,, mövzuyla bağlı  danışan müğənni Afət Fərmanqızı toy sahiblərindən zənglərin gəldiyini söyləyib:

“Pandemiyadan əvvəl 30-dan çox toyun behini almışam. İndi fikirləşirəm ki, necə olacaq. Çünki vaxt azdır. Qarşıdan “Məhərrəm” ayı gəlir. Hamısı da altıncı və bazar günündə toyun olmasını istəyir.

Bu gün 9 toy yazmışam. Razılaşırıq, kartın nömrəsini göndərirəm behi köçürdürlər. Həm sevinirik. Bir tərəfdən də insanlara səslənirəm, vaksinasiyaya “hə” deyək. Ona görə ki toyda problem yaranmasın. Nəticədə koronavirusdan azad olaq. Məsələn, hazırda Rusiyada vəziyyət pisdir.

 Biz qaydalara qarşı aqressiv idik. Deyirdik, toylara niyə icazə verilmir. Bəlkə də, ən az itki bizdə oldu. O da Prezidentimizin uğurlu siyasətinin nəticəsində durumumuz daha yaxşıdır. Başqa ölkələrdə belə deyil. Xəstəlik tüğyan edir. Hindistan ştammı yayılır. Rusiyadan camaat qaçıb gəlir. Onların içərisində müğənnilər də var.

Xəstəlik mənbəyidir. Xəstəliyi gətirəcəklər, ölkəmizi nə günə qoyacaqlar? Onları da qınamıram. Nə etsinlər ? Çörək pulu üçün getmişdilər. Lakin peyvənd olunsunlar. Mənim immunitet sertifikatım var. Müddəti bitəndən sonra peyvənd olunacam. Hər şey qaydasındadır”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15
image

Sabaha olan hava proqnozu

  • 29.04.2024 - 15:40
image

Bazar günü imtahan olacaq

  • 29.04.2024 - 14:15