Şənbə, 20 Aprel

Rusiyanın qərəzli niyyəti - rəsmi Moskva sərhədləri açmaqla nəyi hədəfləyir?

image

Rusiya hökuməti iyunun 16-da xarici ölkələrlə hava nəqliyyatı əlaqələrinin açılmasına qərar verib.

Lakin rəsmi Moskvanın bu qərarı birmənalı qarşılanmayıb. Təbii ki, sərhədlərin açılması müsbət tendensiya hesab olunsa da, bunun üçün seçilən vaxt heç də doğru olmayıb.

Xatırladaq ki, Rusiya hökuməti Azərbaycan və Türkiyəyə məxsus tırlarının sərhəddə qaldığı bir vaxtda keçid məntəqələrinin açılması ilə bağlı heç bir addım atmayıb. Bunun nəticəsində isə keçid məntəqələrində, əsasən, kənd təsərrüfatı məhsulları daşıyan yüzlərlə tırdan ibarət böyük tıxac yaranıb. Tırların sərhəddə qalması səbəbindən Azərbaycan kənd təsərrüfatı məhsulları üçün əsas xarici bazar olan Rusiya ilə yolların bağlanması fermerlərin külli miqdarda maddi itkilər verməsi ilə nəticələnib.

Qeyd edək ki, həmin vaxt Rusiya hökuməti sərhədlərin açılmamasına səbəb kimi Türkiyə və Azərbaycanda koronavirusa yoluxma sayının yüksək olmasını göstərmişdi.

Hava nəqliyyatının bərpası üçün isə Rusiya “Covid-19” virusuna yoluxmanın ən pik həddə olduğu vaxtı seçib. Qeyd olunan səbəblərə əsasən, rəsmi Moskvanının bu addımının məqsədyönlü atıldığını söyləyə bilərik.

Azərbaycan və Türkiyə məhsullarını ölkəsinə buraxmaq istəməyən Rusiyanın koronavirusu əks-istiqamətdə göndərmək üçün tərəddüd etməməsi isə Kremlinin qərəzli mövqeyini bir daha sübuta yetirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İzmirdə zəlzələ oldu

  • 19.04.2024 - 13:18
image

İsrail İrana zərbə endirib

  • 19.04.2024 - 09:20