Şənbə, 04 May

Ermənistanda seçkilər: 21 pozuntu aşkarlandı

image

Ermənistan hüquq-mühafizə orqanlarına bu gün keçirilən növbədənkənar parlament seçkilərində 21 qanun pozuntusu barədə məlumat daxil olub, yeddi hadisə üzrə cinayət məsuliyyəti faktına dair yoxlama aparılır.

Xəbər verilir ki, bu barədə Ermənistan polisinin Baş Qərargah rəisi Armen Mkrtçyan bildirib.

Onun sözlərinə görə, indiyə qədər 21 pozuntu qeydə alınıb, onlardan yeddisi cinayət əməli hesab olunur, yeddi hadisədən dördü yenidən səsvermədə iştirak etməsi cəhdidir.

A.Mkrtçyan qeyd edib ki, bütün seçkiqabağı dövr ərzində 176 pozuntu qeydə alınıb. Bunların əksəriyyəti seçicilərin rüşvət almaqla aldatma halları ilə əlaqədardır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58
image

Sabah 28° isti olacaq

  • 01.05.2024 - 13:15