Çərşənbə axşamı, 14 May

“Türk ordusu istənilən zaman Azərbaycanda ola bilər...” - Mühüm AÇIQLAMA

image

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri, işğaldan azad olunan Şuşa şəhərinə getməsi və burada müttəfiqlik bəyannaməsinin imzalaması hazırda region ölkələrində ciddi müzakirə mövzusudur. Azərbaycan və Türkiyə arasında imzalanan bəyannamə faktiki olaraq iki ölkə arasında hərbi sahə də daxil olmaqla, bütün istiqamətləri əhatə edib.

Bu addım Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi baxımından əhəmiyyətli gediş sayılır. Ancaq bunun Ermənistan və Rusiya tərəfindən neqativ qarşılandığı da heç kimə sirr deyil.

Mövzu ətrafında millət vəkili Vahid Əhmədovla söhbətləşib:

– Vahid müəllim, Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfəri başa çatsa da, bu səfərin əks-sədası qalmaqdadır. Sizcə, həmin səfər çərçivəsində Şuşada imzalanan bəyannamə bizə nə verəcək?

– Şuşada imzalanan bəyannamə tarixi sənəddir və əhəmiyyətinə görə, ikinci belə bir nümunə yoxdur. Türkiyə prezidentinin Füzuliyə, oradansa Şuşaya səfər etməsi də böyük əhəmiyyətə malikdir. Onun məhz Şuşada yüksək və rəsmi səviyyədə qarşılanması bizi sevindirdi. Əlavə edim ki, ümumiyyətlə, Şuşada hazırlıq işləri yüksək səviyyədə görülmüşdü. Belə bir qarşılanma törənini Bakıda təşkil etməklə, işğaldan azad edilən yerlərdə hazırlamaq tam fərqli bir məsələdir. Şuşada bunu yüksək səviyyədə hazırlamaq həm də ciddi əmək tələb edirdi.

Şuşa Bəyannaməsi Azərbaycan, Türkiyə və bölgə üçün böyük əhəmiyyət kəsb edir. Bizi narahat edən məqamlar var idi. Mən bunu çıxışlarımda qeyd edirdim. Söhbət Türkiyə və Azərbaycanın hərbi baxımdan bir yerdə olmasından gedir. Eləcə də Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə qarantiya verilməsi və s. Bəyannamədə bu məqamların hamısı öz əksini tapıb. Bu Bəyannamənin əslində müttəfiqlik sənədi olması çox şeydən xəbər verir. Dövlətlərimiz artıq rəsmən müttəfiqə çevrilir. Müttəfiq olan ölkələrin də bir-biri qarşısında öhdəlikləri olur. Bu sənəddə həmin öhdəliklər öz əksini tapıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00