Şənbə, 11 May

“Fulya haqda niyə film çəkilir” sualı mübahisə ola bilməz...

image

"İkinci Qarabağ savaşının media qəhrəmanlarından biri olan Fulya Öztürk haqqında sənədli film çəkilməsi ilə bağlı ürəkbulandıran mübahisələrin predmeti aydın deyil. Biz nəyin üstündə mübahisə edirik? Şəxsən mən Azərbaycan media hadisəsi olmayan fədakar bir reportyor haqqında film çəkilməsini təqdir edirəm. Həmin filmin Tahir Tahiroviç kimi təcrübəli rejissora verilməsini də alqışlayıram!"

Xəbər verilir ki, bunu professor Qulu Məhərrəmli İkinci Qarabağ savaşının media qəhrəmanlarından olan Fulya Öztürk haqqında sənədli filmin çəkilməsi ilə bağlı danışarkən deyib:

"Fikrimcə, “Fulya haqda niyə film çəkilir” sualı mübahisə predmeti ola bilməz. Amma “niyə bizdə olan reportyorlara yaxşı şərait yaradılmır, niyə mediamız ümumən asılı və fərsizdir, yaxud bizdə niyə yaxşı hərbi reportyorlar yetişmir” sualları üçün müzakirəyə həmişə açıqdır. 

Mən eyni zamanda üzdə olan yaxşı reportyorlarımıza dəyər verilməsi kimi haqlı istəyi, müstəqillik dövrü mətbuat tariximizdə iz qoymuş Nəcəf  Nəcəfov, Elmar Hüseynov, Çingiz və Vahid Mustafayevlər, Salatın Əsgərova və s. jurnalist-reportyorlarımız haqda film çəkilməsi ideyasını təqdir edirəm. Jurnalistikamızın indiki acınacaqlı durumunun ekranlara çıxarılması zərurətini deyənləri, büdcədən hər hansı film üçün vəsait ayrılarkən ictimai rəyin nəzərə alınmasını vacib sayanları da haqlı hesab edirəm."

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44