Çərşənbə, 15 May

Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub

image

Yeni Zelandiyanın Oklend şəhəri tornadoya məruz qalıb.

Xəbər verilir ki, bu barədə "Radio New Zealand" radiostansiyası məlumat yayıb.

Təbii fəlakət nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə yerli vaxtla səhər 08:30 radələrində qeydə alınıb. Hadisə nəticəsində evlərin damı uçub, elektrik xətləri qırılıb, ağaclar aşıb, pəncərələr sınıb.

20-dən çox yanğınsöndürmə briqadası təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə məşğuldur.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00