Cümə, 19 Aprel

Şoyqunun erməni həmkarına ardıcıl zəngləri, Qarabağ müzakirəsi, rus dili məsələsi... - Kremlin əsas planı

image

"Rusiyanın müdafiə naziri Sergey Şoyqu növbəti dəfə Ermənistan müdafiə naziri Vaqarşaq Arutunyanla telefonla danışıb. Demək olar ki, hər həftə S.Şoyqu erməni həmkarına zəng edir və Ermənistan ordusunun yenidən qurulması istiqamətində danışıqlar aparır. Növbəti telefon danışığında Qarabağ məsələsi müzakirə olunub".

Aftafa.tv xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Rusiya Ermənistanı Qarabağdan kənar tutmamağa və bu yolla problemi gündəmdə saxlamağa çalışır:

"Rusiya Ermənistanın Qarabağda yaşayan ermənilərin separatçı fəaliyyətini dəstəkləyəcəksə, bu iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına gətirib çıxarmayacaq. Bunu Moskvada yaxşı bilir və məhz bu istiqamətdə çalışır. Məhz Kremlin əsas planı budur ki, separtizm gündəmdə qalsın və silahlı erməni birləşmələri ərazilərdən çıxarılmasın".

M.Əsədullazadə bildirib ki, bir həftə ərzində Rusiya və Ermənistan Qarabağdakı ermənilərlə bağlı Azərbaycana və üçtərəfli Bəyannaməyə qarşı üç provakasiya həyata keçirib:

"Birinci, Rusiya müdafiə nazirinin erməni həmkarı ilə Qarabağı müzakirə etməsi və buradakı silahli erməni birləşmələrinin təminatı və Qarabağın təhlükəsizliyini qabartması.

İkinci, Qarabağda separatçıların rus dilini "rəsmi dil" elan etməsi.

Üçüncü, Qarabağda ermənilərin infrastrukturun qurulması və sosial təminatı üçün Rusiyanın Ermənistana fond adı ilə pul ayırıb, Qarabağa yönləndirilməsi.

Hər üç provakasiya birbaşa Azərbaycana qarşı separatçıların fəaliyyətini stimullaşdırır. Belə olan təqdirdə üç tərəfli Bəyannaməyə uyğun olaraq Azərbaycan köçkünlərinin Xankəndiyə qayıdışı sual doğurur. Kommunikasiyaların açılamasından əlavə, bir neçə bənd yerinə yetirilməmiş qalır".

"Rusiya Türkiyə ilə regional müstəvidə problemləri artarsa, yaxın perspektivdə Qarabağdakı separtçıları silahlı dəstələri vasitəsilə provakasiyaya cəlb edə bilər. Bu təhlükə var və bunun üçün Rusiya öz mövqeyini gücləndirməyə çalışır.

Azərbaycan Türkiyə ilə birgə 10 noyabr və 11 yanvar razılaşmalarına əməl edilməsini konkret tələb etməlidir.

Rusiya Ermənistanda hakimiyyəti dəyişə bilsə, situasiya mürəkkəbləşəcək. Bunu Nikol Paşinyan da yaxşı bilir. Ermənistanda yenidən Rusiya üçün pladsarm rolu artmaqdadır. Amma, N.Paşinyan buna imkan verməyəcək.

NATO-nun Gürcüstanda güclənməsi, Türkiyənin regionda siyasi-hərbi mövqeyinin artması, Rusiyanın Ermənistanda hakimiyyət çevriliş edib regionda deastiblizasiya yaratmağı labüd edir. Ona görə də Azərbaycan və Türkiyə hərbi müttəfiq müqaviləsi bağlamalı, kommunikasiyaların açılmasını Ermənistandan tələb etməlidir. Bu, N. Paşinyanın hakimiyyətdə qalmasına zəmanət verir", - deyə politoloq şərhini tamamlayıb.

Aftafa.tv

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Bu ölkə İrana nota verdi

  • 15.04.2024 - 15:17
image

Tokayev İrəvandadır - FOTO

  • 15.04.2024 - 11:28