Bazar ertəsi, 13 May

Əlilliyi olan şəxslərin NƏZƏRİNƏ! - Pensiyanın verilmə qaydası DƏYİŞDİRİLİR

image

Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi əlillik müddəti bitdiyi gündən dayandırılacaq.

Xəbər verilir ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə bildirilir.

Bu kateqoriyadan olan şəxslərə əmək pensiyasının ödənilməsi isə onların “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə hazırlanıb.

Layihədə əlillik müddəti bitdikdən sonra 6 ay ərzində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, ötürülmüş müddətin nəzərə alınması təklif olunur.

Sənəd Milli Məclisin iclasında müzakirə ediləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00