Çərşənbə axşamı, 14 May

Ronaldudan sonra Poqbadan da analoji jest - Video

image

Fransa millisinin ulduzu Paul Poqba Almaniya ilə oyundan sonra keçirilən mətbuat konfransı zamanı masanın üstündə olan pivə şüşəsini döşəmənin üstünə qoyub.

Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.Qeyd edək ki, Poqba müsəlmandır. Çox güman ki, bununla əlaqədar olaraq “Manchester United”in yarımmüdafiəçisi AVRO-2020-nin sponsorunu dəstəkləmək istəməyib.

Xatırladaq ki, çempionatda ilk oyununa hazırlıq zamanı Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu mətbuat konfransında masanın üzərindəki “Coca-Cola” şüşələrini adi su şüşəsilə əvəz edib. Bu zaman Ronaldu qısa şərh verməkdən də çəkinməyib. O, zalda əyləşənlərə “Su için!” deyə müraciət edərək sadə suyun daha faydalı olduğuna diqqət çəkib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Leysan 28 nəfəri öldürdü

  • 12.05.2024 - 17:58
image

Bu gün imtahan VAR

  • 12.05.2024 - 09:00