Cümə axşamı, 25 Aprel

Qaxda 17 yaşlı məzun qəza törətdi, ölən və yaralananlar var - Foto

image

Qax rayonunda ağır yol qəzası baş verib.

Xəbər verilir ki, hadisə axşam saatlarında Qorağan-Qax-Zaqatala avtomobil yolunun, Qaxın Ləkit kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Qax istiqamətində hərəkət edən Ləkit kənd sakini, 2004-cü il təvəllüdlü Cəfərov Cəfər Şamil oğlunun idarə etdiyi 10-KE-722 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı minik avtomobili Balakən rayonu istiqamətində hərəkət edən 99-VX-849 dövlət qeydiyyat nişanlı "Mercedes Vita" markalı mikroavtobusla toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində "Daewoo"nun sürücüsü C.Cəfərov ölüb, habelə daha 7 nəfər yaralanıb. Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, sürücü də daxil olmaqla, "Daewoo"dakı sərnişinlərin üçü də məzundur.

Fakt araşdırılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33