Çərşənbə, 24 Aprel

Rəhim Rozanı rüsvay etməyə çalışdığını təsdiqlədi

image

“Həyatım boyunca Roza Zərgərlini cəmi 4 dəfə görmüşəm. Ailəvi gediş-gəlişimiz də yoxdur. Bu günə qədər mən bir çox sənətçilərlə səhnə bölüşmüşəm amma onunla yox... Çox vaxt konsertlərin siyahısını mən yazıram, amma ora Roza Zərgərlinin adını qeyd etməmişəm”.

Xəbər verilir ki, bu sözləri müğənni Rəhim Rəhimli “Atv maqazin onlarla” proqramında yer alan “33 sual” rubrikasının qonağı olarkən deyib.

O, uzun müddət əvvəl Roza ilə aralarındakı baş verən qalmaqaldan danışıb. Rəhim Roza haqqında səsləndirdiyi:

“Kimdi o? Qalmaqalnızı edin, pulunuzu tələb edin, neyniyəcək? Rüsvay edin” fikirlərini təsdiqləyib:

“Bir gün mənə bir musiqi qrupundan zəng gəldi. Dedilər ki “Biz Roza xanımın konsertində idik. O bizim pulumuzu vermədi.

Bizi çoxlu işlətdi amma qonararımızı vermədi”. Dedim, ola bilməz. Bu konsertdə özüm də iştirak etmişəm. Əgər belədirsə, sizin pulunuzu kim vermirsə, onu yıxıb sürüyərəm, yerlə yeksan edərəm.

Musiqiçinin pulunu verməmək nədir? Buna görə də mən bütün şəraiti yaradaram, onu biabr edərəm. Mən bildiyimə görə indiyə qədər də bu məbləğ ödənilməyib. Allah Rozaya şəfa versin”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33
image

Bakıda taxta bazarı yanır

  • 20.04.2024 - 18:00
image

Paşinyandan ilk - Açıqlama

  • 20.04.2024 - 14:37