Cümə, 29 Mart

Rusiyalılar Kirkorovla qalmaqalda azərbaycanlı milyonçunun qızını dəstəklədilər

image

Məşhur Rusiya və Ukrayna müğənnisi Svetlana Lobodanın keçmiş prodüseri Natella Krapivina Rusiyanın xalq artisti Filipp Kirkorov arasında olan qalmaqalda ona dəstək verən hər kəsə minnətdarlıq edib. Krapivina ona bu qədər insanın dəstək verəcəyini gözləmirmiş.

Özünün Instagram-dakı səhifəsində Natella bu qalmaqaldan sonra onun yanında olaraq dəstək verən hər kəsə təşəkkür edib.

Svetlana Loboda ilə əməkdaşlığa son qoyan Natella şou-biznesə aidiyyatı olmayan layihələri ilə məşğul olmaq fikrindədir.

Hər şey nədən başladı

Natella Muz TV-nin sonuncu mükafat təqdimetmə mərasimini tənqid edənlərdəndir. O, şou-biznesi "eybəcərlər sirki” adlandırıb. Rusiyanın xalq artisti Filipp Kirkorov və Dava kimi tanınan müğənni David Manukyan barədə isə Krapivina xüsusilə sərt danışıb. Kirkorov və Manukyan mərasimə yeni evlənən cütlük obrazında gəliblər, ona görə də prodüser yazıb ki, "əvvəllər Qafqazda belələrini şişə çəkərdilər".

Bir neçə gün sonra Kirkorov Krapivinanın homofobiyada və plagiatda günahlandırıb. O vurğulayıb ki, Loboda öz çıxışında Beyoncenin obrazını təkrarlayıb.

Bu qalmaqqal barədə söhbətlərə son qoymaq üçün, Natella sosial şəbəkədə rolik yayıb və qeyd edib ki, həqiqət onun tərəfində olduğu üçün Kirkorovun hədələrindən qorxmur.

Natella Krapivina kimdir

O, Aşqabadda anadan olub və uşaqlığını Türkmənistanda keçirib, lakin Ukrayna vətəndaşıdır. Ukraynanın Azərbaycan əsilli biznesmeni, bira sıra ticarət mərkəzlərinin və ölkədəki ən hündür göydələnin sahibi Vaqif Əliyevin qızıdır. Natella biznesmen Dmitri Krapivinin həyat yoldaşı olub. 2003-cü ildə cütlüyün Sofiya adlı qızları doğulub. Hazırda boşanıblar. Öz şəxsi həyatının təfərrüatlarını prodüser açmır.

Loboda ilə əməkdaşlığa Krapivina 2010-cu ildə başlayıb. Məhz son on ildə müğənninin karyersaı çiçəklənib. Onları yalnız iş deyil, həm də dost münasibətləri bağlayıb. 2019-cu ildə müğənni və prodüserin arasında tez-tez münaqişələr yaşandığı barədə şayiələr yayılmağa başlayıb. Natella bu söhbətləri təsdiq edərək vurğulayıb ki, son vaxtlar onlar yaradıcılıq məsələlərinə dair fikirləri üst-üstə düşmür. Fikir ayrılıqlarına baxmayaraq, onlar əməkdaşlığı davam etdiriblər. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Dörd rayonda qaz olmayacaq

  • 28.03.2024 - 13:36
image

Sabah 21° isti olacaq

  • 27.03.2024 - 17:45