Bazar ertəsi, 06 May

Erməni general Paşinyanı “axmaq” adlandırdı

image

Ermənistanda seçki önəsi siyasi gərginlik getdikcə daha da qızışır.

Xəbər verilir ki, artıq siyasi proseslərə hərbi məsələlər, ordudakı qalmaqallar da qarışıb. Belə ki, Ermənistanın "milli qəhrəmanı" general-leytenant Tiran Xaçatryan baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın dünən onun haqqında hərbi sirləri yaymasına reaksiya verib. General ölkə rəhbəri ilə bağlı təhqiramiz fikirlər səsləndirərək deyib: "Mən hər axmağın dediklərinə cavab verməyəcəyəm".

Baş qərargah rəisinin keçmiş birinci müavini Tiran Xaçatryan hesab edir ki, Paşinyanın onun "milli qəhrəman" adından imtina etməsi barədə açıqlaması mənasız və qeyri-ciddidir. Onun fikrincə, belə bir təklifi yalnız axmaq adamlar edə bilər.

Qeyd edək ki, dünən Nikol Paşinyan həm Onik Qasparyanı, həm də Tiran Xaçatryanı qalmaqallı bir hadisədən sonra vəzifələrindən azad etdiyini deyib:

“Onik Qasparyan mənə Tiran Xaçatryanın əks hücumlar təşkil etmək üçün tədbirlər gördüyünə görə "milli qəhrəman" adına layiq olduğunu söylədikdə, mən bu məsələni müzakirə belə etmədim. Və bu gün Tiran Xaçatryan mənim ünvanıma nalayiq sözlər deyir. Mənim belə bir insan olduğumu düşünürsə, qoy ona verilən qəhrəman adından imtina etsin".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51
image

Rusiya onu da axtarışa verdi

  • 06.05.2024 - 08:56
image

5-6 mayla bağlı XƏBƏRDARLIQ

  • 04.05.2024 - 18:24
image

İsa Qəmbər qayıdır?

  • 02.05.2024 - 14:58